İsrailin dəhşətli silahı Ermənistana tuşlanır - ABŞ kəşfiyyatından MÜHARİBƏ MESAJI
Hərbi | 22.12.2016 13:24
1952

İsrailin dəhşətli silahı Ermənistana tuşlanır - ABŞ kəşfiyyatından MÜHARİBƏ MESAJI

“İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərindən sonra Rusiyanın silah ticarətini kurasiya edən Dmitri Roqozin Azərbaycana gəldi. Azərbaycan bununla Rusiyaya bildirmək istəyir ki, İsraildən aldığı silahlar çox əhəmiyyətlidir və bu, Ermənistan və Azərbaycan arasında Moskvanın dəstəklədiyi hərbi balansı pozacaq”.

Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi yazıb.

Mərkəz Bakının İsraildən raket əleyhinə “Dəmir günbəz” kompleksini almaq istədiyini yazıb.

“Ermənistan “İsgəndər” raketlərini əldə etdi. Azərbaycanın “İsgəndər”lərə qarşı S-300 və “Barak-8” sistemləri var. Bu baxımdan, onun “Dəmir günbəz” kompleksini almaq istədiyi suallar yaradır. Bundan başqa, Azərbaycan İsraildən bir neçə batareya alır. Lakin bunun sayı müəmmalıdır. O məlumdur ki, İsraillə Azərbaycan arasında silah ticarətinə dair sazişlərin dəyəri 5 milyard dollardır”, - deyə mərkəz qeyd edib.

“Stratfor” yazır ki, Dağlıq Qarabağda müharibənin başlanması ehtimalı böyükdür: “Apreldə baş verənlər göstərdi ki, döyüş hərəkətləri güclənə bilər. “Dəmir günbəz” müharibə zamanı təmas xəttinə yaxın şəhər və bazaların qorunmasına kömək edə bilər”.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...