Rusiyalı generaldan Qarabağla bağlı - TƏRBİYƏSİZ AÇIQLAMA
Hərbi | 29.12.2016 17:34
901

Rusiyalı generaldan Qarabağla bağlı - TƏRBİYƏSİZ AÇIQLAMA

MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistanın bu gün Ermənistan-Azərbaycan sərhədindəki təxribatını dəstəkləyib.

Milli.Az bildirir ki, o, Dağlıq Qarabağdakı terrorçu rejimi də "Dağlıq Qarabağ Respublikası" adlandırıb.

N.Bordyujanın KTMT-nin rəsmi saytında yerləşdirilmiş rəsmi bəyanatında deyilir: "KTMT-ə üzv dövlət olan Ermənistanın ərazisindəki bu hərəkətləri təxribat sayırıq. Xüsusilə də Dağlıq Qarabağ Respublikasındakı (N.Bordyuja Dağlıq Qarabağdakı terrorçu rejimi belə adlandırıb, - red.) bu ilin aprel ayında ağır silahlar və ziriehli texnikadan istifajdə ilə ağır insidentin fonunda yolverilməz hadisədir.

Sanırdıq ki, hər iki tərəfin səyləri, habelə bir sıra dövlətlərin liderlərinin addımlarını nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi nəhayət ki, sürətlənəcək.

Lakin son vaxtlar regiondan gələn və atəşkəs rejimi ilə bağlı anlaşmaların mütəmadi pozulmasına dəlalət edən xəbərlər, xüsusilə də dekabrın 29-da hərbçilərin ölümünə səbəb olmuş növbəti insident ciddi nigaranlıq yaradıb".

Nikolay Bordyuja deyəsən, siyasi prokrastinasiyaya tutulub, ya da ermənilərin maraqlarını nəzərə alaraq amneziyaya mübtəla olduğunu açıqlamağa çalışır.

Nədən ki, həqiqət birdir, faktlar da nanılmazdır: bu həqiqətin yozulmasına, faktların da danılmasına rəğmən.

Bu gün Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan sərhədini pozmağa çalışanda bu cəhdin qarşısı alınıb. Döyüş zamanı düşmən tərəfi canlı qüvvə sarıdan ciddi itkilər verərək geri çəkilməyə vadar olub.

Silahlı insidentdə Azərbaycan Ordusunun hərbi qulluqsuçu Çingiz Qurbanov itkin düşüb. Hazırda onun axtarışları ilə bağlı müvafiq tədbirlər görülür.

Cənab Bordyuja, faktlar budur.

Dağlıq Qarabağ münaqişəsi zonasında və Ermənistan-Azərbaycan sərhədində situasiyanı maksimal dərəcədə gərginləşdirməyə çalışan rəsmi Yerevan konfliktin nizamlanmasını əngəlləmək, bədnam status-kvo durumunu qorumaq üçün bütün vasitələrə əl atır.

Bu, bəlli.

Həmin vasitələr arasında situasiyada azacıq da olsa, irəliləyiş meylləri, hətta işartıları olan kimi Ermənistanın silahlı təxribatlara əl atması, diversiya gerçəkləşdirmək niyyəti var.

Nikolay Bordyuja bunu bilir, amma KTMT-də Rusiya ilə "birgə təmsil olunmuş üzv-dövlət" Ermənistanın Cənubi Qafqazdakı forpost statusundan imtinasına, bezməsinə və Qərbə meyllənməsinə imkan verməmək üçün İrəvanı sürəkli kontrolda saxlamağa yönəlmiş kompleks tədbirlər çərçivəsində növbəti absurd açıqlama ilə çıxış edir.

Diplomatik lisanda belə bəyanatların bir adı var - "anlaqsız məkr" və ya "tərbiyəsizlik".

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?