Müdafiə Nazirliyi Ermənistanın yalanını - İFŞA ETDİ
Hərbi | 30.12.2016 15:42
68

Müdafiə Nazirliyi Ermənistanın yalanını - İFŞA ETDİ

Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya dövlət sərhədində növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.

Bu məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərdə yer alıb.

Nazirlikdən bildirilib ki, əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər: "Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...