Hərbi qulluqçuların xidmət müddəti uzadıla bilər
Hərbi | 08.07.2017 12:44
768

Hərbi qulluqçuların xidmət müddəti uzadıla bilər

Azərbaycanda həqiqi hərbi xidmət müddəti orta təhsilli gənclər üçün 1 il 6 ay, ali təhsil alan gənclər üçün isə 1 ildir. Lakin bəzi hallarda bu müddət uzadıla bilir.   

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, hərbi xidmətin müddətinin uzadılması xüsusi hallarda mümkündür:

“İstisna hallarda xidmət müddəti uzadıla bilər. İrimiqyaslı təlimlər olarsa, hərbi hissəsinin təqdimatına əsasən müddət uzadılır. Yaxud da, səfərbərlik elan olunarsa, həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçuların xidmət müddəti uzadıla bilir. Birinci Qarabağ Müharibəsində bunun şahidi olduq. Silahlı Qüvvələrimizin yaradıldığı ilk illərdə təxlis olunma məsələsi atəşkəsdən 6 ay sonra başlanmışdı. Hətta bir qədər də çox. Yəni, 1992-ci ildə hərbi xidmətə çağırılan Azərbaycan vətəndaşları 1995-ci ildən etibarən təxlis olunmağa başlamışdılar. Qeyd etdiyim kimi, ölkə müharibə vəziyyətində olduğu zaman, yaxud konkret bölmələr üzrə xüsusi əməliyyatların keçirilməsi zamanı həqiqi hərbi xidmətə çağırılmış şəxslərin xidmət müddəti müəyyən qədər uzadıla bilər”.

Qeyd edək ki, hərbi xidmətə çağırışla bağlı təlimat üzrə qanunvericilik bazasına əsasən, hərbi xidmət müddəti 18 yaşından 35 yaşınadək nəzərdə tutulur.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...