Ermənistanda hərbçi bıçaqlandı
Hərbi | 11.09.2017 14:37
64

Ermənistanda hərbçi bıçaqlandı

Ötən gün Ermənistanın Armavir vilayətində Parakar kənd sakini, 35 yaşlı X.Qasparyan sinəsindən aldığı bıçaq yarası ilə “Astgik” tibb mərkəzinə aparılıb. Hadisə Parakar kəndində baş verib.

Belə ki, Qasparyanla həmkəndlisi 47 yaşlı A.Arzumanyan arasında mübahisə baş verib. Nəticədə, Arzumanyan üzərində olan bıçaqla Qasparyana bir neçə zərbə endirib. 

Parakar kənd icra nümayəndəsi, Qasparyanın bir neçə ildir ailəsi ilə birlikdə bu kəndə köçdüyünü bildirib. Məlumatlara görə, bıçaqlanan şəxs Ermənistan hərbi hissələrinin birində xidmət edir.
 
AzVision.az

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...