“Türkiyədə baş verənləri kimsə dayandıra bilməz” - TƏHDİD
Siyasət | 06.01.2017 14:46
591

“Türkiyədə baş verənləri kimsə dayandıra bilməz” - TƏHDİD

Suriya prezidenti Bəşər Əsədin BAAS partiyasının nəzarətindəki parlamentin spikeri Xalid Abdud Türkiyəni təhdid edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Suriya televiziyasının canlı efirində İŞİD terror təşkilatının içinə sızdıqlarını və təşkilatı istiqamətləndirdiklərini bildirib.

“Suriyanın təhlükəsizlik təşkilatları və kəşfiyyatı bu cür şəbəkələrin içinə sıza bilib. Türkiyədə baş verənləri kimsə dayandıra bilməz. Bunun yalnız bir yolu var: Suriyanın təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq”, - deyə o söyləyib.

Suriyalı siyasətçi terror aktlarının Dəməşq ətrafında deyil, Türkiyədə baş verməsinə diqqət çəkib: “Sizə bir sual vermək istəyirəm. İŞİD və “Ən-Nüsra” Cəbhəsi haradadır? Digər cihadçı qruplar haradadır? Təbii ki, Dəməşqin ətrafında. Bəs niyə Dəməşqdə partlayışlar olmur? Niyə Türkiyənin bəzi vilayətlərində partlayışlar olur? Türkiyədə baş verənlərin qarşısını almağın yeganə yolu Suriyanın təhlükəsizlik təşkilatları ilə əməkdaşlıqdan keçir. İordaniyada təhlükəsizlik güclərinə qarşı təşkil edilən hücumlara baxın. Suriya dövləti İordaniya və Türkiyə coğrafiyasında yaşanan hadisələrlə bağlı geniş məlumatlara sahibdir”.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...