Bakı və Moskva arasında GİZLİ SAZİŞ - Qarabağ bu şərtlə qaytarılacaq
Siyasət | 09.01.2017 14:12
1383

Bakı və Moskva arasında GİZLİ SAZİŞ - Qarabağ bu şərtlə qaytarılacaq

Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasına dair “yol xəritələri”nin hazırlanması Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının gizli bəndlərindən biridir
 
Bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.
 
Onun sözlərinə görə, Rusiya, Qazaxıstan, belarus, İran və Türkiyə münaqişənin həlli üçün Azərbaycan və Ermənistanın diplomatik idarələri ilə işləyir:
 
“Ermənistan Dağlıq Qarabağda təmas xətti boyunca öz qoşunlarını geri çəkməklə bağlı öhdəliyi yerinə yetirməlidir. Sərhədçilər funksiyasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri üzərinə götürməlidir. Mən Avrasiya İqtisadi İttifaqını təsadüfən yada salmadım. Çünki Rusiya və Qazaxıstanın təklifi ilə Azərbaycanın bu ittifaqla yaxınlaşması münaqişənin nizama salınmasında gizli bəndlərdən biridir”.
 
V. Arkov hesab edir ki, münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi Azərbaycan və Ermənistan hərbiçiləri arasında toqquşmaları minimuma sala bilər.(publika.az)

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...