Ziyalılardan Zəngəzurun Azərbaycana qaytarılması təklifinə - DƏSTƏK
Siyasət | 09.01.2017 15:14
365

Ziyalılardan Zəngəzurun Azərbaycana qaytarılması təklifinə - DƏSTƏK

Bu yaxınlarda Rusiyada yaşayan bir qrup rus tərəfindən “Change.org” saytında başladılan “Zəngəzuru Azərbaycana qaytarın!” adlı petisiyaya səsvermə hazırda davam edir. Artıq minlərlə insan petisiyada iştirak edib.

Bu gün Zəngəzurun Azərbaycana qaytarılması məsələsi o qədər real görünməsə də, ancaq Qərbi Azərbaycandan, o cümlədən Zəngəzurdan olan bir sıra tanınmış ziyalılar, tarixçilər məsələ ilə bağlı öz fikirlərini bildirir, hətta, utopiyanın da bəzən gerçəkləşdiyini bəyan edirlər.

Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanın tarixi torpaqları olan Zəngəzur və İrəvanın öz həqiqi sahibinə - Azərbaycana qaytarılması ilə bağlı atılan istənilən addım, istənilən təşəbbüs alqışlanmalı və dəstəklənməlidir.

Onun fikrincə, bu iş Qərbi Azərbaycanın digər bölgələri ilə də aparılmalıdır:

“Dərələyəz tarixən Naxçıvan xanlığının, Qaraqoyunlu-Dilican-Şəmşəddin Gəncə xanlığının, Ağbaba-Şörəyel Qars paşalığının, tərkibində olub. 1918-1920-ci illərdə Vedibasar Azərbaycan Cümhuriyyəti ilə erməni Ararat Respublikası arasında mübahisəli ərazi sayılıb, Göyçə Azərbaycanın mədəniyyət və sənət beşiyidir. Bütün bu ərazilərin geri istənilməsi ilə bağlı sistemli iş görülməli, lazımi addımlar atılmalıdır. Mənə elə gəlir ki, petisiyanı uğurla başa çatdırmaq üçün bütün qüvvələr səfərbərliyə alınmalı, xüsusilə Rusiya ərazisindəki bütün diaspor və lobbi qüvvələrimiz hərəkətə gətirilməlidir”.

Ə.Ələkbərli təklif edib ki, petisiyaya dəstək verən “Change.org” saytının nümayəndələri Azərbaycana dəvət edilsin:

“Petisiya uğurla başa çatdıqdan sonra onun müəllifi Yevgeni Syomin, petisiyaya dəstək verən “Change.org” saytının nümayəndələri Azərbaycana dəvət edilməlidirlər. Qarşıdan 2018-ci il gəlir. Bütün soyqırım və deportasiya faciələrimizin ildönümləri - 1828-ci il Türkmənçay müqaviləsinin 190 illiyi, 1918-ci il soyqırımımızın 100 illiyi, 1948-ci il deportasiyamızın 70 illiyi, 1988-ci il soyqırımımızın 30 illiyi tamam olacaq. Bu faciələrin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycanın bütün elmi-intellektual və maddi-texniki resursları bu gündən səfərbərliyə alınmalıdır.

1918-ci il həm də bizim Qarabağ torpaqlarını azad edəcəyimiz il olmalıdır. Azərbaycan Qaçqınlar Cəmiyyəti adından mən təklif edərdim ki, Qarabağ 1918-ci il üçün Azərbaycanın Çanaqqalası elan olunsun. Ya Şəhid olmalıyıq, ya da Qazi! Başqa yolumuz yoxdur!”.

Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilov isə Publika.az-a bildirib ki, bu çox əhəmiyyətli addımdır:

“Azərbaycan tərəfi də bu prosesi geniş təbliğ etməli və gəncləri prosesə cəlb etməlidir. Qərbi Azərbaycanın yaddaşlardan silinməsinə imkan verməməliyik. Təkcə Zəngəzurun deyil, Göyçənin, Vedibasarın, İrəvanın və digər ərazilərin qədim Azərbaycan torpaqları olması geniş təbliğ olunmalıdır, bununla bağlı müzakirələr aparılmalıdır, kitablar yazılmalıdır. Bu baxımdan da mən qlobal “Change.org” platformasının saytında “Zəngəzuru Azərbaycana qaytarın!” başlığı altında yerləşdirilən petisiyanı yüksək qiymətləndirirəm”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...