"Ağ Ev"in Türküstan planı - Orta Asiya xilas edildimi?
Siyasət | 09.01.2017 22:45
954

"Ağ Ev"in Türküstan planı - Orta Asiya xilas edildimi?

ABŞ 11 Sentyabrdan sonra

1990-cı illərdə Amerikanın ticarət marağının qorunması və enerji təhlükəsizliyinin təmin edilməsi formasında meydana çıxan ABŞ-ın Asiya siyasəti 2000-ci illərə çatanda təhlükəsizlik ünsürünü  ön plana çıxarıb.

Amerika üçün ən əhəmiyyətli geosiyasi mükafat Avrasiyadır. Artıq avrasiyalı olmayan qüvvə Avrasiyanın ən üstün gücü sayılır. Və Amerikanın qlobal üstünlüyü birbaşa Avrasiya qitəsindəki hakimiyyətinin nə qədər təsirli irəlilədiyinə bağlıdır. XX əsrin əvvəllərində dünya hakimiyyəti və ya böyük dövlət olmaq istəyən ölkələr öz nəzəriyyəçilərinin qaydaları vasitəsilə xarici siyasətini formalaşdırmağa çalışıb. Bunlardan ən əhəmiyyətlisi ingiltərəli Sir Halford Makinderin “Torpaq hakimiyyəti” nəzəriyyəsidir. Makinderin mərkəzi bölgə olaraq xarakterizə etdiyi yer Asiya-Avropa və Afrika qitələrindən ibarət olan dünya adasıdır. Makinder öz nəzəriyyəsini “Şərqi Avropaya hakim olan mərkəzi Bölgəni yoxlayır. Mərkəz bölgəyə hakim olan dünya adasını yoxlayır. Dünya adasına hakim olan isə dünyaya nəzarət edir” sözləri ilə xarakterizə edib.

Makinderin 1904-cü ildə rəli sürdüyü bu nəzəriyyə amerikalı mütəxəssislər üçün əsas hərəkət qüvvəsi olub. Bu nəzəriyyə “Beynəlxalq kommunizm”in və xüsusilə də Sovet İttifaqının mühasirəyə alınması üçün Spaykmanın “Kənar qurşaq” nəzəriyyəsində zəmin rolunu oynayıb.

1979-ci ildə SSRİ-nin Əfqanıstana hücum etməsi ilə Amerika Birləşmiş Ştatları Sovet İttifaqının cənuba enməsinin qarşısını almaq üçün “Yaşıl qurşaq” layihəsinə müraciət edir. ABŞ bununla müsəlman təbəqəsini Sovetə qarşı təşkilatlandırır.

ABŞ-ın soyuq müharibə dövründən 11 Sentyabr 2001 hücumlarına qədər davam edən Orta Asiya siyasətinin əsas məqsədi Sovet İttifaqına nəzarət etmək, müstəqillik qazanan ölkələrlə əlaqələri inkişaf etdirərək regional enerji qaynaqlarına rahat giriş təmin etmək olub.

11 Sentyabr 2001-ci il hücumları dünya ictimaiyyətində heç vaxt unudulmayacaq izlər qoyub. Sanki həmin gün əsrin tarixi yenidən yazıldı. Bu hadisədən sonra ABŞ-ın xarici siyasəti və hədəfləri yenidən formalaşıb. O günə qədər Orta Asiyanın enerji qaynaqlarını əldə etmək üçün çalışan Amerika hücumlardan sonra başqa siyasi hədəfə yönəlməyə başlayıb.

Hücumdan əvvəl

1947-ci ildə Corc Kennan Xarici İşlər Nazirliyi üçün hazırladığı hesabatda ABŞ-ın bütün gücünün Avropa və Asiya üzərində toplanmasının zəruri olduğuna diqqət çəkirdi. 1950-ci ildə ABŞ prezidenti Henri Truman tərəfindən təsdiqlənərək qüvvəyə minən Milli Təhlükəsizlik Şurasının 68 nömrəli (NSC-68) qərarı ilə SSRİ-ni mühasirəyə almaq ABŞ-ın rəsmi siyasətinə çevrilir. Eyzenhauerin başçılığı dövründə Xarici İşlər Naziri Con Foster Dullesin inkişaf etdirdiyi “Yeni baxış” strategiyasında Sovetin mühasirəsindən CIA-nın gizli əməliyyatlarına qədər bir çox amil yer almışdı.

ABŞ-ın Orta Asiyaya baxışının dəyişməsi

11 Eylül Saldırıları Sonrası ABD’nin Değişen Orta Asya Algısı

1812-ci ildən bəri Amerika torpaqlarına heç bir hücum olmayıb. Tarix 11 Sentyabr 2001-ci ilə çatanda Dünya Ticarət Mərkəzi və Pentaqonda baş verən hücumlar bütün dünyanı bir-birinə qatır. Hücumun şokunu sovuşduran Amerika prezidenti Corc W. Buş xarici siyasətdə radikal dəyişikliklər edir. Bill Klintonun sülh və uzlaşma siyasəti “Ya bizdəndir, ya da onlardan” kimi dəyişdirilir. Təsbit edilən bütün cinayət dəlilləri Əl-Qaidə təşkilatının lideri Bin Ladini göstərir. Ona görə Taliban dağıdılmalı idi. İlk hədəf Əfqanıstan idi. Bölgəyə gəlmək istəyən Amerika birlikləri 2001-ci ilin sonundan etibarən humanitar bir əməliyyat və manevr çərçivəsində yox, terrorla mübarizə adı altında Orta Asiyaya girməyə başlayır. Gözlənilənin əksinə Rusiya lideri Vladimir Putin də ABŞ-ın terrorla mübarizə üçün bölgəyə girişinə yaşıl işıq yandırır. ABŞ-ın terrorla mübarizə cəhdi həm də ikinci bir hücumun qarşısını almaq üçün idi.

Talibanın dağıdılmasından sonra özü ilə bacarmayan ABŞ 20 mart 2003-cü ildə əsgərlərini İraqa yönəldir. Mütəxəssislərə görə, Əfqanıstan 11 Sentyabrın görünən üzü, İraq isə işğal edilmək istənilən əsas yer idi.

11 Sentyabrdan sonra ABŞ-ın Orta Asiyadakı təhlükəsizlik maraqları və ya Orta Asiya siyasətinin əsas parametrləri aşağıdakı kimi ifadə edilə bilər:

-Xəzərin enerji qaynaqlarına etibarlı yollar və onların qorunması;

-Orta Asiyada başqa qüvvələrin hegemonluq etməsinin qarşısını almaq;

-Orta Asiyadakı problemlərin digər bölgələrə sıçramasının qarşısını almaq;

-Regionun daxilində baş verən qarşıdurmaların və ya vətəndaş müharibələrinin azaldılması;

-Radikal dini qrupların bölgədən istifadə etməsinin qarşısının alınması.

Nəticə

ABŞ Orta Asiyaya hakim olmaq üçün çox uzaqdır, lakin ondan uzaq qala bilməyəcək qədər də güclüdür. Buradakı uzaqlıq coğrafi məna daşıyır. Qlobal iqtisadi böhranların və münaqişələrin baş alıb getdiyi hazırki dövrdə ABŞ-ın nisbi olaraq Orta Asiyadan uzaq qaldığını düşünə bilərik, amma tamamilə imtina etməsi inanılası bir şey deyil.

Nərgiz Nənə

 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...