Ermənistan şəhidimizin cəsədini qaytarmaq üçün siyasi şərt irəli sürür
Siyasət | 11.01.2017 12:23
501

Ermənistan şəhidimizin cəsədini qaytarmaq üçün siyasi şərt irəli sürür

Ermənistan tərəfi dekabrın 29-da düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanovun cəsədini qaytarmaq üçün siyasi şərt irəli sürür.

Publika.az xəbər verir ki, rəsmi İrəvan Qırmızı Xaç Komitəsinə “Azərbaycanın sərhəddə baş vermiş toqquşmanı törətdiyini boynuna alarsa”, cəsədi qaytara biləcəyini deyib.

Bu barədə “Aykakan jamanax” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qırmızı Xaç Komitəsinin İrəvan ofisinin nümayəndəsi Asmik Qalstyan isə panorama.am saytına açıqlamasına deyib ki, Azərbaycan hərbiçisinin cəsədinin qaytarılması istiqamətində danışıqlar aparılır.

“Danışıqlar məxfi olduğu üçün açıqlaya bilmərəm. Lakin biz razılığa gəlinəcəyini gözləyirik”, - deyə o bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistana Cingiz Qurbanovun cəsədinin Azərbaycana qaytarılması üçün çağırış edib. Lakin Ermənistan tərəfi bütün beynəlxalq hüquq normalarına zidd olaraq, siyasi şərt irəli sürür.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...