Tramp: - "Rusiya ilə heç bir əlaqəm yoxdur!"
Siyasət | 11.01.2017 19:22
102

Tramp: - "Rusiya ilə heç bir əlaqəm yoxdur!"

ABŞ-ın yeni  seçilmiş prezidenti Donald Tramp Rusiya kəşfiyyatının əlində onun barəsində kompromatlar olduğu barədə yayılan xəbərlərə münasibət bildirib

Brifinq.com-ın Apa-ya istinadən xəbərinə görə, D.Tramp bəyan edib ki, Rusiya heç vaxt ona təzyiq göstərməyə çalışmayıb. O, özünün Tvitter səhifəsində iri hərflərlə bunları yazıb: "Mənim Rusiya ilə ən kiçik münasibətim belə yoxdur - heç bir sövdələşmə, heç bir kredit, heç nə!"    

D.Tramp bundan əvvəlki "tvit"ində isə seçkidə təmiz qələbə qazandığını və opponentlərin yalan xəbərlərlə onun qələbəsinə kölgə salmağa çalışdıqlarını deyib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...