ABŞ Ukraynanı Rusiya ilə müharibəyə çağırdı
Siyasət | 11.01.2017 21:30
59

ABŞ Ukraynanı Rusiya ilə müharibəyə çağırdı

“Krımın Rusiyaya birləşdirilməsi qanuni əsaslara malik deyildi”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə deyib.

“Krımın Rusiyaya birləşdirilməsinin qanuni əsasları yoxdur. Bu, ərazinin tutulması idi”, - deyə o bildirib.

Tillerson bildirib ki, Ukraynaya bütün hərbi güclərini şərq sərhədlərində cəmləməyi məsləhət görür. Dövlət katibi postuna namizəd qeyd edib ki, Amerika Kiyevə münaqişənin gedişatında silah yardımı göstərə bilər.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyada Krımın Rusiyanın tərkib hissəsi kimi tanınmasını Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirmişdi.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...