Qətər Yəmənə 48 saat vaxt verdi - MƏNBƏ
Siyasət | 20.06.2017 17:06
276

Qətər Yəmənə 48 saat vaxt verdi - MƏNBƏ

Qətər hakimiyyəti Yəmən səfirliyinin diplomatik korpusuna ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verib.

Publika.az xəbər verir ki, bu haqda Yəməndəki diplomatik mənbəyə istinadən “RİA-Novosti” agentliyi məlumat yayıb.

Yəmən və Qətərin xarici siyasət idarələrindən məsələ ilə bağlı rəsmi bəyanatlar hələlik verilməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir iyunun 5-də Qətəri terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittham edərək onunla diplomatik münasibətləri kəsib. Sonradan Liviyanın şərq hissəsinin hakimiyyəti, Yəmən, Mavritaniya, Maldivlər və Mavrikiy eyni addımı atıblar.

Qətər bütün ittihamlar rədd edib. Eyni zamanda cavab addımları atmağı planlaşdırmadığını bildirib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...