Türkiyədən Arakana dəstək: “Qapılarınızı açın, nə qədər məsrəfiniz varsa biz qarşılayacağıq”
Siyasət | 02.09.2017 10:52
11970

Türkiyədən Arakana dəstək: “Qapılarınızı açın, nə qədər məsrəfiniz varsa biz qarşılayacağıq”

Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalyada düzənlənən bir bayramlaşma tədbirinə qatılıb.

Çıxışı zamanı  Arakanda yaşanan qətliama toxunan Mövlud Çavuşoğlu, orada müsəlman qardaşlara zülm edildiyini vurğulayaraq, Türkiyədən başqa duyarlılıq göstərən müsəlman ölkəsinin olmadığını bildirib.

Çavuşoğlu Banqladeş rəsmiləri ilə apardıqları danışıqlarda “Qapılarınızı açın, nə qədər məsrəfiniz varsa biz qarşılayacağıq” dediklərini dilə gətirərək, nitqinə belə davam edib:
 
“Arakanlı qardaşlarımıza hər cür dəstəyi verməkdəyik. İnşallah bu məsələnin mütləq çözümü üçün addımlar atırıq. Sayın Cumhurbaşqanınım da gecə-gündüz çalışır. Dünən axşam İndoneziya və Malaziyanın dövlət başçıları ilə görüşdü. İslam İş Birliyi təşkilatını da hərəkətləndirdik. Bu il Arakanla bağlı bir toplantı düzənləyəcəyik. Bu məsələyə mütləq bir çözüm lazım.”
 
Mövlud çavuşoğlu bu açıqlamanın ardından BMT-nin keçmiş Baş katibi Kofi Annan ilə telefonla danışıb. Qeyd edək ki, Kofi Annan Myanmar şəhəri Rakhayn vilayətdəki problemləri həll etmək üçün çalışan Rakhayn Məsləhət Komissiyasının prezidentidir.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...