Putin Ramzan Kadırovun Myanma ilə bağlı dediklərini şərh edib
Siyasət | 05.09.2017 17:14
4055

Putin Ramzan Kadırovun Myanma ilə bağlı dediklərini şərh edib

Hər bir insanın şəxsi fikri var və Çeçenistan başçısı Ramzan Kadırovun Myanmadakı hadisələrlə bağlı fikirlərində heç bir müxaliflik yoxdur. Brifinq.com virtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"O ki qaldı Rusiya vətəndaşlarının dövlətin xarici siyasəti ilə bağlı fikirlərinə, hər bir insanın şəxsi fikri və bunu bildirməyə hüququ var", - Putin bəyan edib.

Prezident əlavə edib ki, bunun insanın vəzifəsi ilə heç bir asılılığı yoxdur.

Çində BRİKS sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında sualları cavablandıran Putin bildirib: "İnandırıram ki, Çeçenistan rəhbəri tərəfindən heç bir fronda (müxaliflik - red.) yoxdur, xahiş edirəm, hamı sakitləşsin, hər şey qaydasındadır".

Qeyd edək ki, Çeçenistan başçısı Ramzan Kadırov dünən özünün İnstaqram səhifəsində canlı yayımda Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını şərh edib.
"Əgər Rusiya bu cinayətləri törədən şeytanları dəstəkləsə belə, mən Rusiyanın bu mövqeyinə qarşıyam. Mənim öz düşüncəm və mövqeyim var. Əminəm kiŞ bu gün hüç kim qatilləri dəstəkləməyəcək, lakin dövlət siyasətinin bəzi incəlikləri var ki, buna da anlayışla yanaşmalıyıq", - Kadırov bildirib. 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...