Makedoniyada Azərbaycanı fəal müdafiə edən siyasətçiyə önəmli vəzifə verildi
Siyasət | 06.09.2017 11:30
169

Makedoniyada Azərbaycanı fəal müdafiə edən siyasətçiyə önəmli vəzifə verildi

Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Enes İbrahim Makedoniya- Türkiyə parlamentlərarası dostluq qrupunun sədri seçilib.

Bu barədə musavat.com-a məlumatı diaspor fəalı Elnur Eltürk verib.

“Enes İbrahim gənc olmasına baxmayaraq, Avropada tanınan siyasətçilərindən hesab edilir, Azərbaycanı Balkanlarda fəal müdafiə edən siyasətçilərdən sayılır. Bu yaxınlarda Almaniyanın Sertouz Beynəlxalq Tədqiqat İnstitutu Makedoniyanın millət vəkillərinin fəaliyyətlərini qiymətləndirmək üçün sorğu keçirmişdi və ən fəal millət vəkili Enes İbrahim seçilmişdir. İnanıram ki, Enes İbrahim yeni görəvini uğurla həyata keçirəcək”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...