19 gün qaldı: 4 ölkə üçün KABUS BAŞLAYIR
Siyasət | 06.09.2017 18:02
341

19 gün qaldı: 4 ölkə üçün KABUS BAŞLAYIR

Şimali İraq regional kürd rəhbərliyinin referendum və seçkiləri üzrə komissiyası müstəqillik referendumu üçün çap olunan bülletenin nümunəsini təqdim edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Rudav” kürd telekanalı bildirib.

“Siz İraq Kürdüstanı və kürd ərazilərin müstəqil dövlət olmasını istəyirsinizmi?” - bülletendə yazılıb.

Qeyd edək ki, muxtariyyət müstəqillik referendumunu sentyabrın 25-nə təyin edib. Ərbilin bu qərarını Bağdad, həmçinin Tehran, Ankara və Vaşinqton tənqid edib. Türkiyə və İranın mövqeyi bundan ibarətdir ki, referendumun keçirilməsi gərginliyin artmasına səbəb ola bilər.

Muxtariyyətin başçısı Məsud Bərzani bildirib ki, referendumu təxirə salmaq niyyətində deyillər.

Kürd muxtariyyətinin nümayəndələrinin fikrincə, seçicilərin mütləq əksəriyyəti, yəni 2,5 milyondan çoxu müstəqilliyə səs verərsə, onda Suriya, İraq, Türkiyə və İranın kürd ərazilərinin ayrılması prosesi dönməz xarakter alacaq.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...