Çavuşoğlu müsəlmanların qətl edildiyi şəhərdə - VİDEO
Siyasət | 06.09.2017 18:03
958

Çavuşoğlu müsəlmanların qətl edildiyi şəhərdə - VİDEO

Hazırda Myanmada müsəlman əhaliyə qarşı qətliamlar dünya gündəminin əsas mövzularındandır. Sentyabrın 2-də sosial şəbəkədə paylaşılan bir video da bu hadisələr fonunda birmənalı qarşılanmayıb.
 
Teleqraf.com bildirir ki, təqdim edilən videoda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Myanmada müsəlman əhaliylə gürüşü öz əksini tapıb. Görüş 2016-ci ilin yayında baş tutub. Görüşlə bağlı videoda nazirin əhali ilə səmimi ünsiyyət quraraq ona yaxınlaşan hər kəsi dinlədiyi, əlini sıxdığı görünür. Çavuşoğlu siyasətçi olaraq bir qızıl qaydanı da unutmur. Qarşılaşdığı ilk uşağı sığallayır, qucağına alıb öpür. Daha sonra məscidə gedərək müsəlmanlarla birlikdə namaz qılıb dualar edir. Video Çavuşoğlunun şərəfinə yerdən açılmış süfrə ilə yekunlaşır.
 
Myanmalı müsəlmanların Çavuşoğlunun simasında Türkiyəni xilaskar kimi görməsi diqqətdən yayınmır.
 
Qeyd edək ki, Facebookda bu günlərdə yenidən yayımlanan videoya myanmalılar #mr.erdogan haştaqı ilə “bəlkə də bu, səmimi bir ürəyə sahib müqəddəs insandır” kimi şərhlər yazıblar.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...