Erməni nazirdən Saakaşviliyə - 2 yolun var...
Siyasət | 11.09.2017 15:06
296

Erməni nazirdən Saakaşviliyə - 2 yolun var...

Saakaşvili Ukraynanın dövlət sərhədində qeydiyyat prosedurlarını tamamlamalı və sərhəd pozuntusunda iştirak edən hər kəslə birlikdə ifadə vermək üçün polisə gəlməlidir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər naziri Arsen Avakov sosial şəbəkə hesabında yazıb.

“Saakaşvili və sərhədi qeyri-qanuni yolla keçənlər dərhal 2 variantdan birini seçməlidir: sərhəd keçid məntəqəsinə gələrək qeydiyyatdan keçmək və ya Miqrasiya Xidmətinin bölmələrinə müraciət etmək. Sərhədi keçən hər kəsin, o cümlədən millət vəkillərinin ifadə vermək üçün polis bölməsinə gəlməsi lazımdır”, - Avakov bildirib.

Qeyd edək ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ötən gün tərəfdarları ilə birgə Ukrayna-Polşa sərhədində sərhədçilərin kordonunu yararaq Ukraynaya daxil olub.

 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...