Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİASI
Siyasət | 29.09.2017 11:47
302

Türkiyəyə qarşı rəsmi ƏRAZİ İDDİASI

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumu üçün hazırlanan seçki büllüteni Ərbilin Türkiyə, İran və Suriya torpaqlarına da göz dikdiyini ortaya qoydu.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, seçki bülletenlərində vətəndaşlardan “Kürdüstan bölgəsi və bölgə xaricindəki kürd ərazilərinin müstəqil bir dövlət olmasını istəyirsinizmi” sualına cavab verilməsi istənilib.

Nəşr qeyd edir ki, söhbət yalnız 2005-ci il İraq Konstitusiyası ilə müəyyən edilmiş kürd muxtariyyətinin sərhədlərindən kənarda yerləşən İraq əraziləri deyil, həm də Türkiyə, İran və Suriyada kürdlərin yaşadıqları torpaqlarından gedir.

Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Sentyabrın 27-də referendumun rəsmi nəticələri açıqlanıb. Səsvermədə iştirak edənlərin 92,73 faizi müstəqilliyə səs verib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...