Ermənilər Qazaxıstanda aranı qarışdırdı - Ölən və yaralananlar var - VİDEO
Siyasət | 08.01.2019 10:43
422

Ermənilər Qazaxıstanda aranı qarışdırdı - Ölən və yaralananlar var - VİDEO

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus “Drevniy Rim” restoranında qonaqlar arasında kütləvi dava baş verib.

Brifinq.com Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, insident zamanı 23 yaşlı Janseit Rahımjan Bahıtjanoğlu aldığı bıçaq zərbəsindən dünyasını dəyişib, daha 3 nəfər isə yaralanıb. Daha sonra məlum olub ki, dava 30 nəfərin iştirakı ilə ermənilər tərəfindən törədilib və qazax gəncini öldürüb digərlərini yaralayan Kair Nadırbekov, Torqom Malxasyan, Soxak Malxasyan, Narik Qururyandır. 3 nəfər saxlanılsa da, Narik Qururyan axtarışdadır. 

İddialara görə, dava milliyətçilik məsələləri üstündə baş verib. Rəsmilər isə bunu təkzib edərək hadisənin sərxoşluq zəminində törədildiyini bildirirlər. 

Bununla belə bu gün 200-250 nəfər Karaqandı küçələrinə çıxaraq ermənilər əleyhinə aksiyalara başlayıblar. Mitinqdə “Erməniləri yandırın” şüarı belə səsləndirilib. Qazaxlar prokurorluqdan istintaqın gedişatı barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verilməsini və cinayətkarların layiqli cəzalandırılmalarını tələb ediblər.

Aksiyalardan sonra Ermənistanın Qazaxıstandakı səfirliyi və diasporu adından başsağlığı mətni yayımlanıb. Onlar erməni və qazax xalqının dost olduğunu yazaraq, insanları provokasiyaya aldanmamağa çağırıblar. 

Hökumət nümayəndələri isə ölən şəxsin və xəsarət alanların yaxınları ilə görüşüb. Əyalət prokurorluğu tədqiqatın gedişi barədə daim KİV-də məlumatları işıqlandıracaqlarına söz verib. 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...