Heç kimin tanımadığı yeni "Eurovision" təmsilçimiz haqqında maraqlı məlumatlar - FOTOLAR
Maqazin | 05.12.2016 14:54
1369

Heç kimin tanımadığı yeni "Eurovision" təmsilçimiz haqqında maraqlı məlumatlar - FOTOLAR

Bu gün “Eurovision-2017" mahnı müsabiqəsi ilə bağlı münsiflər heyətinin iclası nəticəsində Azərbaycanı Diana Haciyevanın təmsil edəcəyi məlum olub.

Diananın yaradıcılıq fəaliyyəti bəzilərinə sosial şəbəkələrdə tanış olsa da, çoxları onu müğənni kimi tanımır. Biz ifaçının bioqrafiyası haqqında maraqlı məlumatları təqdim edirik.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. Həmçinin “Bəri bax” musiqi kollektivində çalışıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. O, burada "Xor dirijorluğu" peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. Hazırda Bakı Caz Mərkəzində çalışır.

2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarım finallarda 6-cı yarimfinalda yer alıb. Lakin Diana Hacıyeva sonda 7 xal toplaya bilib və qrupda 4-cü yerlə kifayətlənməli olub. 

2011-ci ildə isə Diana Hacıyevanın “Find Yourself” adlı debüt klipi çəkilib.

Diana Hacıyevanın 2 yaşında bir qızı var.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...