Ancelina Coli və Bred Pitdən gözlənilən xəbər
Maqazin | 10.01.2017 13:38
54

Ancelina Coli və Bred Pitdən gözlənilən xəbər

10 il birgə yaşadıqdan sonra boşanmağa qərar verən Ancelina Coli və Bred Pitt, nəhayət ki, ortaq məxrəcə gəliblər.

Brifinq.com axşam.az-a istinadən bildirir ki, boşanacaqlarını elan etdikləri sentyabrdan bu günə kimi ilk dəfə birgə açıqlama verən cütlük boşanma mövzusunda razılaşdıqlarını bildiriblər.

Aktrisa və aktyorun boşanma məhkəməsi gizli şəkildə davam etdiriləcək. Cütlüyün "Associated Press"ə göndərdikləri açıqlamada qeyd edilib ki, tərəflər və vəkilləri bütün məhkəmə sənədlərini gizli tutacaqlar. Hüquqi qərarların verilməsi üçün xüsusi hakim tutulacaq, uşaqların və ailənin gizlilik haqqı qorunacaq. Sənətçilər məhkəmə prosesinin sürətli aparılması üçün razılaşıblar.

Cütlük uşaqların boşanma ərəfəsini problemsiz yaşamaları üçün və ailənin xüsusi günlərində bir araya gəlmək üçün ortaq fikrə gəlib. 

Eləcə də uşaqların (3 bioloji, 3 övladlıq) himayədarlığı mövzusunda da ortaq nəticəyə gəlinib. Colinin vəkili bildirib ki, müvəqqəti olaraq 8-15 yaşlarındakı uşaqlar analarında qalacaqlar və Pitt də ailə terapeyalarına davam edəcək.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...