Aytən Səfərova - “ATV-nin “Yoxlama”sı nəinki məktəb tualetlərini...” - VİDEO
Maqazin | 10.01.2017 14:10
90

Aytən Səfərova - “ATV-nin “Yoxlama”sı nəinki məktəb tualetlərini...” - VİDEO

Teleaparıcı Aytən Səfərova ATV-də yayımlanan “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovu müdafiə edib.
 
Musavat.com xəbər verir ki, 6 yanvar 2017-ci il tarixində saat 14:30 radələrində məktəbə üçüncü növbədə təhsil alan şagirdlərin qəbulu zamanı proqramın əməkdaşları və verilişinin aparıcısı Azər çəkiliş üçün məktəbə gəlib. Proqram kollektivinin məktəbdə yoxlama işləri aparması onlarla məktəb rəhbərliyi arasında qalmaqalın yaşanmasına səbəb olub. 
 
A. İsmayılovun məktəbin  bufetində və ayaqyolunda çəkiliş etməsi cəmiyyətdə də birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub. Hətta, şəbəkə istifadəçiləri aparıcının qızlar üçün nəzərdə tutulan ayaqyolunda çəkiliş etməsinə qarşı çıxıb. 
 
ATV-nin digər aparıcısı Aytən Səfərova isə həmkarının müdafiəsinə qalxıb. O, fikirlərini “Facebook” səhifəsində bölüşüb: “ATV-nin "Yoxlama"sı nəinki məktəb tualetlərini, həm də bufetlərini yoxlamalıdır. Vaxt var idi ki, o bufetlərdə yalnız təmiz və uşaq səhhəti üçün təhlükə törətməyən məhsullar olardı. İndi isə kanserogen yağlarla, konservantlarla dolu, piylənməyə təməl qoyan cipslər, çubuqlar, texniki su dadı verən "içməli" sular satılır. O ki qaldı ayaqyoluna və məhz qızların ayaqyolunda çəkilişə... Əzizlərim, gələcək nəsli bətnində daşıyanlar da məhz qızlarımız olacaq. İctimai ayaqyolunda, xüsusilə külək vaxtı, kanalizasiyadan gələn külək hava-damcı yolu ilə o balaca qızcığazların orqanizmində hətta sonsuzluğa aparan nə qədər təhlükəli bakteriyalar və mikrobların məskən salmasına şərait yaradır. Aqressiv reaksiya nəyə lazım?! Məktəblərin 90%nin ayaqyollarında vəziyyət belədir. Bəzilərində iydən hətta dəhlizdə uşaqların gözləri yaşarır. Vaxtilə xüsusi komissiya gəlib sanitar vəziyyəti yoxlayırdı. Məktəb rəhbərliyi məsuliyyət hiss edirdi. Çəkinirdi. İndi onlar yoxdur. Qeybə çəkiliblər. Axı bunlar uşaqdır. 1 kilo xlor alıb sklada atmaq belə çətindir?! Palaz boyda bəyanatlara israf edilən vaxtı, sanitar-gigiyenik maddələrin alınmasına sərf etmək daha səmərəli olardı. Nəticə də verərdi”.
 

 

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?