Pərvin Abıyevanın “Porsche”si cərimə meydançasına aparıldı - FOTO
Maqazin | 05.10.2017 13:20
265

Pərvin Abıyevanın “Porsche”si cərimə meydançasına aparıldı - FOTO

Aktrisa bu qərarla razılaşmayıb.

Aktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.

Brifinq.com Report-a istinadən xəbər verir ki, 99 EP 333 dövlət qeydiyyat nişanlı, "Porche” markalı avtomobil hərəkətdə olarkən, üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol-Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb.

YPX əməkdaşları həmin avtomobilin Pərvin Abıyeva tərəfindən idarə olunduğunu müəyyən edib və avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq, qanuna müvafiq olaraq, avtomobil evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. "Porsche” markalı avtomobilin sığortalanmadığı, bir neçə ödənilməyən cərimənin olduğu aşkarlanıb.

 
 
 
 

 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...