Afət Fərmanqızı yenə özünü biabır etdi - Bu dəfə də faktlarla
Maqazin | 07.10.2017 14:26
317

Afət Fərmanqızı yenə özünü biabır etdi - Bu dəfə də faktlarla

Ötən gün müğənni Afət Fərmanqızı barədə GoldNews.Az xəbər portalında yayımlanan xəbər müğənnini özündən çıxarıb. Müğənni barəsində yayımladığımız xəbərdən nə qədər narahatlıq keçiribsə, xəbərimizin skrinini paylaşaraq, bizi sifarişli yazı yazmaqda ittiham edib və ən əsası əməkdaşımızın ünvanına təhqiramiz ifadələr işlədib.

Biz isə müğənnidən fərqli olaraq, bizə yaraşanı edib (etik davranış qaydalarına riayiət edərək) bu gün faktlarla danışmağa üstünlük verəcəyik. 

Əvvəla, müğənni bildirir ki, "o oğlan ərim olmayıb ki, xəyanət də edim. Sadəcə tanımaq istədik, alınmadı". 

Müğənninin bu yalanını yuxarıda da qeyd etdiyimiz kimi şərhsiz, faktlarla sübut edəcəyik. Baxın, özünüz qərar verin:

Göründüyü kimi hər şey göz qabağındadır. Bu gün evli olmadığını iddia edən müğənninin izləyicilərə yazdığı rəy onun özü-özünü yalanladığının sübutudur.

İkincisi, müğənni iddia edir ki, şəkil klipdəndir. Amma unudur ki, heç GoldNews.Az redaksiyası da fotonun toydan, ya da hansısa klipdən olduğunu iddia etməyib, bu barədə heç nə qeyd etməyib. Müğənninin hiddətinin başa düşülməmə səbəblərindən biri də odur ki, o, iddia edir ki, fotolar klipdəndir, amma vaxtilə evlilik xəbəri yayılarkən, bu barədə mətbuata açıqlama verərkən və mətbuat da məhz bu şəkilləri "Azərbaycanlı müğənni özündən kiçik həmkarına ərə getdi: Arvadını boşadı, məni aldı" və bu kimi digər başlıqlarla yayımlayarkən niyə susurdu? Aşağıda faktları təqdim edirik:

Biz yuxarıda müğənninin barəmizdəki və ümumiyyətlə yazdığı statusu elə öz açıqlamaları ilə yalanladıq. Bizi kimdənsə pul alıb, sifarişli yazı yazmaqda ittiham etməsi isə sadəcə cəfəng bir iddiadir. GoldNews.Az redaksiyasının əməkdaşları həyatda puldan daha vacib şeylər  olduğunu bilir, dərk edir və buna əməl edir. Biz reklam üçün gündə bir açıqlama verib, bununla da özünü biabır edənləri ifşa emək üçün kimdənsə pul almağa da ehtiyac duymuruq. Çünki onlar elə öz açıqlamaları ilə özlərini biabır edirlər.

SONDA VACİB QEYD: Müğənni qeyd edib ki, "Amma ailə qurmadığım halda, anasının adını mənə qoymaq istəyən saytın nümayəndəsinə deyirəm ki, alınmadı reklamın".

MÜĞƏNNİNİN BU QEYRİ-ETİK İTTİHAMINA REDAKTOR CAVABI: Hörmətli, Afət xanım. Birincisi, bu, sizin özünüzün şəxsi hesabınızda yazdığınız statusdur. Bunu yenidən gündəmə gəlmək üçün etdiyinizə də zərrə qədər şübhəm yoxdur. Biz də sizi pulsuz reklam etmişik. İkincisi də, "insan necədirsə, ətrafı da elə görür" deyimi var. Bunu unutmayın!!!

Üçüncü və sonuncusu, bizim bu xəbəri yazan və yayan əməkdaşların anasına gülü göndərmirlər, gətirirlər, bunu da ki, evin kişisi edir, yəni həmin qadının əri, jurnalistin isə atası...Yəni bizlərdə tanımadığın adamlardan gül almağa yaxşı baxmırlar. Qalanı isə sadacə təfərrüatdır....

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...