“O səs Türkiyə”nin azərbaycanlı iştirakçısı - "Özümü ulduz hesab etmirəm" - VİDEO
Maqazin | 12.10.2017 15:04
89

“O səs Türkiyə”nin azərbaycanlı iştirakçısı - "Özümü ulduz hesab etmirəm" - VİDEO

“O səs Türkiyə”də çıxışı ilə diqqətləri üzərinə çəkən Mərdan Kazımovun Brifinq.com-a verdiyi müsahibəni təqdim edirik:

- Mərdan Kazımov kimdir və necə biridir?

- Mərdan Kazımov… 1994-cü ilin 3 iyulunda Naxçıvan Muxtar Respublikasının Yengicə kəndində dünyaya gözlərini açıb. Kənd yerində böyümüşəm, necə deyərlər, “kənd uşağıyam” və bununla fəxr edirəm. “Mərdan Kazımov necə biridir?” deyəndə ağlıma elə də böyük biri gəlmir. Mən də sadə, normal, sakit həyat yaşayan insanam. Sadəcə, peşə olaraq, müğənni və gitaristəm. Özümü ulduz hesab etmirəm. Buna ehtiyac yoxdur.

- Nə qədər müddətdir musiqi ilə məşğulsunuz?

- Musiqiyə 12 yaşımda skripka ilə başlamışam. 5 illik musiqi məktəbini 4-cü sinifdə tərk edib, özəl vokal dərsləri almağa başladım. Sonra gitarada ifa etməyi öyrəndim. 2013-cü ildən professional səhnədə çıxış edirəm.

- Necə oldu ki, “O səs Türkiyə”yə qatılmağa qərar verdiniz?

- “O səs Türkiyə”yə elə 2013-cü ildən qatılmağa qərar vermişəm. 4 dəfə ön seçmələrə qatıldım. Nəhayət, 5-də seçildim.

- “O səs Türkiyə” səhnəsində olmaq necə hissdir?

- Orada olmaq tamamilə başqa bir hiss, qəribə zövq idi. Orada hər şeylə maraqlanan insanlar var idi. Yəni əlimizi ağdan qaraya vurmurduq. Biz bilirdik ki, buraya sadəcə, oxumaq üçün gəlmişik. Hər kəs öz işini görürdü, biz sadəcə, hazırlaşıb, səhnəyə çıxıb, oxuyurduq. O səhnədə ifa etmək həqiqətən fərqli idi. “O səs Türkiyə” mənim üçün böyük təcrübə oldu.

- Hazırda hansı işlərlə məşğulsunuz?

- Musiqi ilə məşğulam. Bundan sonrakı həyatıma da musiqi ilə davam edəcəm. Özümü musiqisiz təsəvvür edə bilmirəm.

- Hardasa çıxış edirsiniz?

- Bəli. Bəlli məkanlarda, daha çox konsert və tədbirlərdə çıxış edirəm. Qazancım da buradandır.

- Bu yolda sizə kimlər dəstək oldu?

- Ən çox dəstək olan ilk növbədə ailəm və dostlarım olub hər zaman. “Palmas” qrupunda çalışdığım dövrdə Çingiz Mustafayev dəstək oldu. Eyni zamanda H.O.S.T qrupundan Orxan Zeynallı (AİD) da dəstəyini əsirgəmədi, elə indi də hər zaman kömək edir.

- Uğurlarınız bol və davamlı olsun…

- Çox sağ olun, var olun.

Gənc müğənninin bu günlərdə “Youtube” kanalına yerləşdirilən “Səhər açılsın” adlı mahnısı da təqdim edirik:

Ülkər Abbaszadə

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...