Bıçaqlanan müğənnilərimiz - FOTOLAR
Maqazin | 03.08.2018 15:27
1115

Bıçaqlanan müğənnilərimiz - FOTOLAR

Gənc xanəndələr Miriyusif Mirizadə və Novruz Hüseynovun faciəvi şəkildə dünyasını dəyişməsi hər kəsi sarsıtdı. Əvvəlcə onların toy mərasimindən geri dönərkən yol qəzasında öldüyü deyilsə də, sonrada olayın dəhşətli məqamları ortaya çıxdı.

Xatırladaq ki, bundan əvvəl də sənətçilərin qətlə yetirilməsi və yaxud bıçaqlanması olayları yaşanmışdı. Belə ki, bir neçə il bundan gənc xanəndə Samir Mustafayev öldürülmüşdü. Xanəndənin qətlinin əsl səbəbi onun mobil telefonuna gələn SMS oxunduqdan sonra məlum olmuşdu. S.Mustafayev ilk olaraq mənzilə oğurluğa girən bir şəxs kimi öldürülüb. Qətli törədən 16 yaşlı Aydın Orucov gecə saatlarında yaşadığı evin ikinci mərtəbəsindən aşağı düşüb. Birinci mərtəbədə, anası yatan mərtəbədə səs eşidib. Evə oğru girməsindən şübhələnən Aydın əlinə bıçaq götürərək içəri keçib. O, evdə Samirlə rastlaşıb. Onlar arasında dava düşüb.

Samir Mustafayev ile ilgili görsel sonucu

Aydın bıçaqla Samirə iki zərbə vursa da, onu əlindən buraxıb. Samir evdən zorla çıxaraq ayaqyalın qaçmağa başlayıb. Onu təqib edən Aydın Samiri “Papanin” körpüsünün altında tutub. Orada da əlbəyaxa olublar. Samir fiziki cəhətdən güclü olduğundan Aydının boynunu qolları arasına alaraq sıxıb. Boğulduğunu görən Aydın bıçaqla ona yenidən bir neçə zərbə vurub. Zərbələrdən sonra Aydını buraxan Samir taksiyə minib və sürücüyə 1 saylı Şəhər Xəstəxanasına sürməsini əmr edib. Taksi xəstəxanaya çatanadək Samir maşında keçinib.

Aydın istintaqa ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Lakin istintaqçılar Samirin mobil telefonuna gələn SMS-lərdən sonra qətlin əsl mahiyyətini ortaya çıxarıblar. Məlum olub ki, Samirin telefonunda son SMS Aydının anası tərəfindən yazılmış “Qapı açıq olacaq, girərsən içəri” olub. Məhz bu SMS-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşıb.

Elçin Maştağalı ile ilgili görsel sonucu

Bıçaqlanib qətlə yetirilən sənətçilərin sırasında tanınmış meyxanaçı Elçin Maştağalı da var. 1994-cü ildə o, yaxın dostu, meyxanaçı Məşədibaba Aydəmirov tərəfindən bıçaqlanaraq, dünyasını dəyişib. Hadisəyə səbəb dostlar arasında baş vermiş mübahisə olub. Elçin Maştağalı xəstəxanaya gec çatdırıldığı üçün çox qan itirərək vəfat edib.

Bıçaqlanan, lakin həyatda qalmağı bacaran sənətçilər də var.

Onlardan biri xalq artisti Faiq Ağayevdir. 2010-cu ilin sentyabrında o, iki cangüdəni ilə birlikdə bıçaqlanmışdı. Hadisəyə səbəb sənətçinin yolda maşını idarə edərkən həmin yolla hərəkətdə olan sürücüyə yol verməməsi olub. Nəticədə mübahisə düşüb, getdikcə qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F.Ağayev və iki cangüdəni 3 nəfər tərəfindən bıçaqlanmışdı.

Niyaməddin Musayev ile ilgili görsel sonucu

Bıçaqlanan digər məşhur sənətçimiz Niyaməddin Musayevdir. Təxminən 31 il bundan əvvəl sənətçi Gəncədə konsert verərkən hər kəsin gözü önündə bıçaqlanıb. İddialara görə, sənətçini bıçaqlayan onun fanatlarından olub. Konsert zamanı həmin fanatı N.Musayevə gül verərkən, gül buketinin içindən bıçağı çıxardaraq sənətçinin boğazına və qarın nahiyəsinə zərbələr endirib. Hadisənin hansı səbəbdən baş verdiyi bu günə qədər məlum deyil. Sənətçiyə hadisə ilə bağlı sual verdikdə isə bu haqda danışmaq istəmədiyini bildirir. Qeyd edək ki, həmin vaxt ağır yaralanan sənətçinin vəziyyəti yaxşı olmadığı üçün Moskvaya aparılıb və orada müalicəsini davam etdirib.

“Yeni Müsavat”

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...