Yoxsul olmaq görün ömrü nə qədər azaldırmış... - ELMİ ARAŞDIRMA
Elm | 21.11.2016 15:30
92

Yoxsul olmaq görün ömrü nə qədər azaldırmış... - ELMİ ARAŞDIRMA

ABŞ-da varlı həyat tərzinin insan ömrünə təsirilə bağlı araşdırma aparılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma həm qadınlar, həm də kişilərlə bağlı həyata keçirilib.

Məlum olub ki, yoxsul kişilər varlı kişilərdən 10 il az yaşayır.

Ortaq nəticəyə əsasən, yoxsul kişilər 69.8 il yaşayarkən, varlı kişilər 79.3 il ömür sürə bilirlər.

Yoxsul qadınların orta yaş həddi isə 76 il olduğu halda, zəngin qadınlarda bu göstərici təqribən 83 il müəyyən edilib.

Sözügedən araşdırma ABŞ-ın nüfuzlu “American Journal of Public Health” jurnalında da dərc olunub.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?