Bakı şəhəri üzrə 1400-dən çox müəllim qiymətləndirilib
Elm | 22.11.2016 21:54
95

Bakı şəhəri üzrə 1400-dən çox müəllim qiymətləndirilib

Bakı şəhəri üzrə 8 mərkəzdə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdə iştirak edən müəllimlərin qiymətləndirilməsi keçirilib.

 Brifinq.com report.az-a isinadən bildirir ki,Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, qiymətləndirmə Xəzər və Pirallahı rayonları üzrə 26, Suraxanı rayonu üzrə 114, Sabunçu rayonu üzrə 252, Xətai və Nizami rayonları üzrə 220, Binəqədi rayonu üzrə 276, Nəsimi və Nərimanov rayonları üzrə 258, Qaradağ rayonu üzrə 139, Yasamal və Səbail rayonları üzrə isə 60 nömrəli tam orta məktəbdə təşkil olunub.

Təhsil nazirinin “Fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə” əmrinə əsasən, I-IX siniflərdə dərs deyəcək və kurikulum təlimlərindən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları təşkil edilib. Təlimlərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərlə yanaşı, məcburi köçkün, özəl və digər dövlət məktəblərində dərs deyən müəllimlər də iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə 1400-dən çox müəllim iştirak edib. Qiymətləndirmənin nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?