Yorulmaz vicdanlı əməyi və sonsuz sədaqəti ilə xidmət edən adam.... - FOTOLAR
Elm | 09.12.2016 21:40
1284

Yorulmaz vicdanlı əməyi və sonsuz sədaqəti ilə xidmət edən adam.... - FOTOLAR

Nuranə Xanoğlan qızı Şıxəliyeva 1983-cü ilin noyabrın 13 Göycay şəhərində anadan olub. Ailə vəziyyəti ilə bağlı təhsilini bir necə bölgələrdə davam etdirib.

I sinifə Şəki şəhərində, XI sinifi isə bakının 160 saylı məktəbində bitirib. Azərbaycan Dillər Universtetini filologiya fakültəsini məzunu olub. Universtet illərində ictimai aktivliyinə görə ADU-nun tələbə gənclər təşkilatının sədr müavini olub. İlk iş yeri təyinat əsasında Sabirabad rayonu 2 saylı orta məktəb olub. 2006-2008-ci illər iş yeri Tərəqqi liseyi olub. Eyni zamanda, saat hesabı Beynalxalq Universitetində də işləmişdir.

24 yaşından Xətai rayonundakı Heydər Əliyev adına liseydə direktor müavinidir. YAP Xətai Rayon Təşkilatı Gənclər Birliyi və Qadınlar Şurası sədr müavinidir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon təmsilçisidir.

Brifinq.com Nuranə Şıxəliyeva ilə müsahibəni təqdim edir:

-Nuranə xanım ,ölkənin ictimai və təhsil həyatında fəal olan insanlardan sayılırsız. Bu cür ağır və məsuliyyəyli işlərin öhdəsindən gəlmək çətin deyil ki?

-Müəllimlik olduqca şərəfli və eyni zamanda çətin və məsuliyyətli peşədir.Müəllim əməyini nəticəsində cəmiyyət formalaşır,bilikli,geniş dünya görüşlü savadlı insanlar yetişir. Müəllimlər gələcək cəmiyyətin quruculuğunu ən fəal iştirakcılarıdır. Ölkəmizdə müəllimlərə daima böyük hörmət və sayğı olub. Ulu Öndər Heydər Əliyevin dahiyanə fikirlərindədə bu öz əksini tapmışdır. Ulu Öndər deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram.Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərəciyi vardır.Həqiqi müəllim adını daşıyan həmişə ,tarixin ən çətin dövürlərində dəyanətli,dözümlü olubdur və mənəviyatını hər şeydən yüksək tutubdur”. Bu gündə Azərbaycan prezdenti cənab İlham Əliyev təhsilimizin ən böyük himayədarı və dəctəkçisidir. Onun müəyyən etdiyi siyasət əsasında və təhsil nazirimiz Mikayıl Cabbarovun rəhbərliyi altında Azərbaycan təhsili yüksəklə inkişaf edir, yeni islahatlar həyata keçirilir. Şübhəsiz ki, şagirdlərlə işləmək hamısının öhdəsindən gəlmək çətindir. Lakin səbrli olub onlara sevgi və qayğı ilə yanaşdıqda, heç bir gərginlik olmur. Əksinə deyərdim ki, onlarla işləmək, ictimai-sosial tədbirlər hazırlamaq mənə xüsusi zövq və yeni enerji verir. Mənim qidam, qəlbimin rahatlığı keçirdiyim tədbirlərdəki yetişdirdiyim uşaqlarımın uğurlu çıxışlarıdır. Bəlkədə təvazökarlıqdan kənar səslənəcək, amma işimlə bağlı bütün məsələlərə həssasam. Övladıma analıq öhdəliyim və ailəmə övladlıq bocumla bağlı ümum bəşər hisslər daima mənimlədir. Oğlum Yusif Heydər Əliyev adına liseyin vııı sinif şagirdidir. Onu vətənimizə, cəmiyyətimizə, gərəkli bir insan kimi böyütmək, tərbiyə etmək üçün çalışıram. Ən böyük arzum oğlumun babası kimi ədalətli, cəsur, qorxmaz, xeyirxah qanun keşikçisi olan hüquqşünaslıq yolunu davam etdirməsidir. Yorğun və gərginliyimi bütün problemlərimi isə mənə unutduran yeganə dəyərli qiymətli varlığım olan qardaşımın övladları Zəhra və Rzadır. Oğlumla bərabər onlar mənim yeganə həyat eşqimdirlər.

-Qısa da olsa oxucularımıza lisey haqqında məlumat vərəsiniz...

-Bizim lisey Xətai rayonunda yerləşir. Əbədi yaşar liderimiz Heydər Əliyevin adını daşıyır. Nazirliyin 25 oktyabır 2004-ci il tarixli əmrinə əsasən bu tədris ocağı inşa edilib. Əbədiyaşar liderimiz Heydər Əliyevin adını daşıyan liseyimizin tikilib istifadəyə verilməsi, unudulmaz rəhbərimiz Heydər Əliyevin əziz xatirəsina layiqli bir tövhədir. Liseyin açılışında cənab prizident şəxsən iştirak etmişdir. 12 illik fəaliyyət göstərən liseyimiz hər şeydən öncə, təlim tərbiyəsi ilə fərqlənir. Bir yerdəki nizam,hüquq və vəzifələr düzgün icra olunursa, orada tədris və təlim keyfiyəti yüksək olacaq.

-Bir sira ölkələrdə ölkəmizi təmsil etmisiniz. Əsasən, hansı ölkələrdə olmusunuz və hansı mövzularda çıxışınız olub?

-Liseyimizdə fəaliyyət göstərən sağlam müəllim kollektivi və istedadlı şagird kontigenti vardır. Liseyin müəllimlərindən elmlər namizədi ,respublikanın əməkdar müəllimi, ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibləri, tərəqqi medalı və digər fəxri adlara layiq görülmüşlər. Eyni zamanda, istedadlı uşaqların üzə çıxması ilə əlaqədar ”Şagird elmi cəmiyyəti“ və “Şagird parlamenti yaradılmışdır”. Bu şagirdlərlə keçirilən olimpiyadalarda, bilik yarışmalarında və viktorinalarda iştirak edərək, müxtəlif nailiyyətlər qazanmışıq. Şagirdlərimizlə 3 dəfə Londonda keçirilən müxtəlif təhsil proqramlarında iştirak etmişik. (Əməkdaşlıq etdiyimiz təhsil ocaqları College London ,London school of Economics olmuşdur) Bundan əlavə liseyimizdə fəaliyyət göstərən zərifə rəqs qrupu ilə Türkiyənin Eski şəhər və Ankara şəhərlərində müsabiqəyə qatılmışıq və II yerə layiq görülmüşdür. Türkiyyənin İstanbul şəhərində keçirilən “Təhsil prosesində yeni təlim metodları”, “Təhsil prosesində uşaqlara şəxsiyyət yönümlü – humanist yanaşmanın əsasləar” mövzusunda seminarlar da qrup rəhbəri və iştirakçısı olmuşam. Qadın hüquqları ilə bağlı Litva və Norvegiyada keçirilən beynalxalq forumda iştirak etmişməm və fəxri diploma layiq görülmüşəm.

-Bildiyimiz qədər mərhum atanız ölkənin hüquq mühafizə orqanlarında nüfuzlu insan olub. Hətta ,ən çətin və ağır cinayət işləri ona həvalə olunub. Atanız bu barədə sizlərə nəysə danışırdımı?

-Mərhum atam Xanoğlan Rza oğlu Şıxəliyev 1957-ci ilə anadan olmuşdur.1977-ci ildən 30 iyun 2015-ci il vəfat etdiyi günə kimi prakrorluq orqanlarında xidmət etmişdir. Deyərdim ki yaşadığı həyat boyunca o övladları üçün hər şeyi etdi. Onun tutduğu, vəzifə mövqe bizə imkan vermir ki, biz onu sadəcə ata kimi yadda saxlayaq. Prokuror adını daşımaq atam üçün həm məsuliyyət, həm də şərəf idi. Prokurorluğun rəhbərliyi tərəfindən ona etimad edilən istənilən sahədə həmişə qanunların aliliyi və dövlətçiliyin qorunması istiqamətində bilik və bacarığını əsirgəməmişdir. Bildiyimiz kimi müstəqilliyimiz əldə olunandan sonra yeni Azərbaycan Respublikası ilk illərdə çox və çətin anlar yaşamış və bu dövr atamın xidmət göstərdiyi dövrə düşmüşdür. Beləki Şəki rayonunda işlədiyi dövrə məlum Şəki hadisələri zamanı rayon prokurorluğuma bir qrup azğınlaşmış şəxslər hücum etmiş mərhumun üstünə avtomat-kolaşnikov çəkilib. Həyatını ilk və ən təhlükəli günlərindən birini yaşamışdır. Həmin günündən atamın gənc olduğu bir yaşda ən təhlükəli xəstəliklərdən olan diabetik şəkər xəstəliyi yaranmışdır. Bərdə rayonu prokurorluğunda işlədiyi dövrdə müharibə dövrü olmuş və müadifə şurasının üzvü kimi dəfələrlə cəbhə bölgəsində olduğu zaman çətin təhlükəli vəziyyətlərlə üz-üzə gəlmişdir. Bərdədə yaşadığımız evdə uzaq vuran topların, ”Qrad”qurğularının səsi aydın eşidilir, pəncərə şüşələri əks-səda verirdi. Günlərlə, hətta deyərdim ki həftələrlə olub ki, illər uzunu alın təriylə qurduğu ev eşiyi dağılmış, əzizlərinin itirmiş, yaralanmış köçkünlər bizim evdə yerləşdirilmiş, ailə büdcəmizdən onlara maddi və mənəvi bütün yardımlar göstərilmişdir. O anları yaşamaq,canlı olaraq görmək,atamın gecə yarısınadək cəbhədən dönüşünü gözləmək mənim üçün çox cətin idi. Bir faktıda nəzərinizə catdırmaq istəyirəm ki, 95 min məcburi köckünün məsgunlaşdığı bir şəraitdə, Bərdə rayonunun hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər nəticəsində ciddi narahatçılıqlara yol verilmirdi. Cəlilabad rayonu prokurorluğunda işlədiyi dövrdə isə bir nəfər şəxsin taxıl sahəsinə gedərək əlindəki qumbara ilə özünü və ailə üzvlərini məhv etmək istəyərkən, atam yarana biləcək bədbəxt bir hadisənin qarşısını almışdır. Yuxarıda sadaladıqlarım və sadalamadıqlarım atam barəsində göstərdiyi xidmətlərlə bağlı mətbu orqanlarında müxtəlif məqsədlərlə çap edilmişdir. Prokurorluq rəhbərliyi tərəfindən tərəfindən atamın fəaliyyəti bir neçə dəfə mükafatlandırılmışdır. Bir illik fəaliyyətində 45 cinayət işinin istintaqını tamamlanaraq məhkəməyə göndərib, 16 qəsdən adam öldürmə hadisəsindən 15 üstü açılmışdı. Bu bir illik fəaliyyət nəzərə alınaraq ona baş ədliyyə müşaviri rütbəsi verilmişdir. Onun Öndərimiz Heydər Əliyevlə bağlı 2 kitabı -“Heydər Əliyev çörəyi” və “Heydər Əliyev okulu” kitablarının müəllifi, “Qızıl Qələm” mükafatçısıdır. Atam Bərdə də çalışdığı dönəmdə, Murovda göstərdiyi xidmətə görə “İgidlik ordeni “ilə təltif edilmişdi. O, çox qısa ömür sürdü. Qısa ömrün illəri ərzində kimisi üçün ağsaqqal, kimisi üçün isə müəllim idi. O,oğul kimi ailəsinin tək övladı idi. Və, ailənin yükünü daşımağı bacarırdı. Atası həmişə onunla fəxr edirdi.

-Xasiyyətcə necə insan olub?

-Atamda çox böyük mərdlik var idi. Xaraktercə səmimi, həssas,kövrək olduğu qədərdə dəqiq bir insan idi. Hər zaman deyərdi: ”Mənim övladlarım unutmasın ki, mənim oğlum və qızımdır”. Bu sözün məsuliyyətini o vəfat etdikdən sonra dərk etməyə başladım. O hər zaman övladları ilə səmimi zarafatçıl və çox uzaq görən idi. Atam 40 yaşında polkovnik rütbəsinə layiq görüləndə böyük qardaşıma söylədi ki, sənin uğur və nəticələrin sayəsində 35 yaşında bu rütbə sənə layiq görüləcək və elədə oldu. Hər zaman bir şeyə çox tələsirdi ki, övladlarının tez ailə qursun. Çox təəssüf edirəm ki, yaşadığı qısa ömürdə o buna tam olaraq nail olmadı. Mən atamla çox yaxın dost,sirdaş, yoldaş olmuşam. İstənilən söhbət haqqında onunla danışmaq mənə rahatlıq verirdi. Çünkü o yüksək fəlsəfi mədəniyyətə, bənzərsiz dünya görünüşünə mailk idi. Harada olmağından aslı olmayaraq, biz onunla gün ərzində dəfələrlə əlaqə yaradırdıq. O, keçmişinə çox bağlı insan idi və heç vaxt keçmişini danmırdı. Uşaqlıq, məktəb illərindən tutmuş bütün həyatı boyunca ona göstərilən qayğını və edilən yaxşılığı heç vaxt unutmamışdır. Bizə də həmişə deyərdi ki, yaxşılığı unutmaq olmaz. Etdiyi nəsihət o olurdu ki, münasibətləri qoparmaq çox asandır. lakin onu qorumaq çox cətindir. O,ata yurdunu çox sevirdi və el-obasına bağlı bir adam idi. Kəndə gedib baş çəkdikdə də, hər zaman insanlar, qohumlar bizə gəlib ondan məsləhət və kömək istəyirdilər. Şəhərdə yaşamasına baxmayaraq, şəhər atamı dəyişmədi. Öz insanlığının və cibinin hesabına milyonlarla insana kömək etmişdir. O həmişə deyirdi ”mən özümüm xoşbəxt sayıram”. O, həyatının xoşbəxtliyini ailəsində,övladlarında və valideyinlərində görürdü. Həm ailə başcısı olaraq, həmdə övlad olaraq o heç bir parametr üzrə bizi təəssüfləndirmədi. Fəxr və qürur hissi ilə demək istəyirəm ki, öz ailəsində yetişdirib, tərbiyə etdiyi övladları, əsl Azərbaycan ailəsinə və cəmiyyətinə layiqli övladlardır. Atam 56 illik ömrünə ideal insan olma keyfiyyətlərini sığdırdı. Bundan sonra yaşasaydı, onu artıq nəvələri ilə istirahət etməyə məcbur edəcəkdim.

Səlimə Akifqızı

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...