Gənc magistrdən üsyan dolu yazı - "70 yaşlı alim texnologiyadan dərs keçirsə..."
Elm | 12.12.2016 12:05
1939

Gənc magistrdən üsyan dolu yazı - "70 yaşlı alim texnologiyadan dərs keçirsə..."

Bu dəfə təhsildəki vəziyyətdən yazmağa çalışacam. Təhsil əslində bir dövlət üçün ən dərin mahiyyət kəsb edən, ən qabaqcıl sahə olmalıdır. Amma olmalıdır. Orta və ali məktəblərdə təhsilin vəziyyəti həmişə yeniliyə əsaslanmalı və şablonluqdan qaçmalıdır. Eyni motivə, eyni standarta, eyni tətbiqə söykənən təhsil təbii halda ən bərbad problemlərə yol açmış olacaq. Eyni zamanda, düşünmək lazımdır ki, təhsildə olan mənfilər öyrənənlərdən, öyrədənlərdən ya təhsil rəhbərlərindənmi asılıdır?

Fransız yazıçısı Onore de Balzak qeyd edir ki, bütün elmlərin açarı sual işarəsidir. Bəlkə də biz də təhsildəki problemlərin real səbəb açarını tapsaq onları da həll edə bilərik. Ən azından çalışmış olarıq.Təbii ki, bu mənfiliklərdə qeyd etdiyim 3faktor da vacib rol oynayır. Həm də zəncirvari rol..Və elə ona görə də nəticədə fantastik vəziyyət yaranmış olur.

....Yəni 70 yaşlı müəllim yeni təlim texnologiyalarından, kompüter texnologiyasından dərs deyirsə və ya heç bir yeni təlim texnologiyası tətbiq olunmadan kadr hazırlayırsa, kompilyativləşdirilmiş yazılar (kitab,məqalə və s) plagiat adı ilə yeridilirsə, cümləbəcümlə başqa dilli mənbə tərcümə edilib "kitab" yazılırsa eyni zamanda, dərs vəsaiti kimi istifadə olunursa, yazılmış bu cür kitablar tələbələrə satılırsa ( əksərən könüllülük prinsipi olmadan), hər hansısa direktorun, müəllimin adı rüşvətdə, zorlama faktorunda hallanırsa, tələbə və ya şagird pul ya tapşırıq metodu ilə öndə olmağa çalışırsa, "işini həll edirsə", müəllim də buna arsızca şərait yaradırsa, hər il dərslik materialları üzrə eyni mahiyyətli, fərqli dizaynlı test, çalışma toplusu hazırlanıb yenilik yaradıldığı deyilirsə, Avropa təhsili əl-üzə bulaşdırılaraq təqdim edilirsə, tələbələrdən Milli ədəbiyyatdan çox qeyri-milli ədəbiyyatdan istifadə ilə bağlı tələblər olursa, eyni zamanda, rus bölmələrinin bağlanması kimi məsələ ilə təhsildə öncül islahat edildiyi deyilirsə, paslanmış yaşlı beyinlər interaktivlikdən ağız dolusu danışır, şagirdləri yeniliyə çağırırsa, ilbəil illik ödəniş qaldırıldığı halda təhsil səviyyəsi eyni, hətta eynidən də betər qalırsa, abituriyentlərin orta statistik nəticəsi 200baldan aşağı olursa, hər hansısa müəllim adını daşıyan şəxs şagirdinin geyiminə baxıb iyrəndiyini deyirsə (123saylı orta məktəbdə olan hadisədən söhbət gedir), savadlı, işini bilən müəllimlə əksi olan müəllim arasında maaş fərqi qoyulmursa və ya başqa cür ifadə etsəm, layiqli müəllimlər layiqli maaşla təmin olunmursa bu təhsil formal statusdan başqa bir şey daşımır və olub olmaması yeqinki mahiyyət kəsb eləmir. Sözsüz, təhsilə töhvəsini verə bilən çox savadlı, yenilikçi müəllimlər də var. Amma təəssüf ki, onların istisnalığı hələ ki mövcud qaydaları poza bilməyib.. Poza bilməsi diləyilə.. Sonda isə Sokratın fikrini qeyd etmək yerinə düşər: Elm, təhsil ancaq xoşniyyətli insanların əlində olanda fayda verir...

Çinarə Nağıyeva

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...