Rektordan qaçqın tələbələrlə bağlı təklif
Elm | 17.12.2016 18:09
122

Rektordan qaçqın tələbələrlə bağlı təklif

ADA Universiteti ödənişli ali məktəbdir. Buna baxmayaraq, bizə gələn qaçqın tələbələrin sayı çoxdur və onlar təhsil haqqından - ödənişdən azad olunurlar. Ancaq mən düşünürəm ki, biz gərək bu məsələyə qayıdaq, rektorlarla birgə bunu müzakirə edək.

APA-nın xəbərinə görə, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının akademik fəaliyyətə cəlb olunması ilə bağlı tədbirdə deyib.

Rektorun sözlərinə görə, elə tələbələr var ki, yüksək balla ali məktəbə daxil olur, sonradan pulsuz oxuduqlarından səylərini azaldırlar, daim çalışan, dərslərini yaxşı oxuyan tələbələr isə ödəniş etməli olurlar: “Buna görə. belə bir təşəbbüs etmək istəyirik ki, qaçqın tələbələrə müəyyən hədd qoyulsun. Əgər qaçqın tələbə müəyyən həddən aşağı qiymət alarsa, onu imtiyazdan məhrum edə bilərik. Artıq bu məsələyə baxmağın vaxtı çatıb”.

H. Paşayev qeyd edib ki, bu gün ali məktəblərdə müəllimlərin maaşları universitetlərin imkanlarından, ali məktəblərin maliyyə imkanları isə tələbələrdən asılıdır: “Çalışırıq ki, tələbələrdən maliyyəni alıb müəllimlərə, yaxşı işləyənlərə verək. İstəmirik ki, xaricdən gələn müəllimlərlə öz müəllimlərimiz arasında maaş fərqi yaransın”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...