2-ci sinif kitabındakı ERMƏNİ MİSRALARINA SƏRT REAKSİYA - Söyüşlərə...
Elm | 30.12.2016 14:19
612

2-ci sinif kitabındakı ERMƏNİ MİSRALARINA SƏRT REAKSİYA - Söyüşlərə...

İkinci sinif “Ana dili” dərsliyindəki “Təzə il” şeirindəki misralar müzakirəyə çevrilib.

Mürvət Qədimoğlunun müəllifi olduğu şeirin müzakirəyə səbəb olan misrası belədir:

"Ermənilər qoymayıb

Laçına, Kəlbəcərə,

Şaxta babayla Qar qız

Gəlib çıxıb şəhərə..."

Məsələyə iki prizmadan yanaşan şair Baba Vəziroğlu dərsliklərdə bu cür ifadələri yer almasını doğru hesab etmədiyini bildirib: “Birincisi onu ədəbi nümunə kimi dəyərləndirmirəm, ikincisi isə dərsliklərlə bu cür ifadələrin verilməklə vətənpərvər uşaq böyütmək olmaz. Müəllifi tanımıram, lakin burada şeiriyyətdən söhbət getmir. Cümlələrin quruluşu düzgün deyil, nəinki poeziya olub-olmadığını axtaraq. Adətən, dərsliklərdə Azərbaycan ədəbiyyatı tarixində olmayan müəlliflərin əsərləri salınır.

Heç zaman istəmərəm ki, uşaqlarımız yalançı millətçilik, dözümsüzlük ruhunda böyüsün. Uşaqların öz aləmi var, vaxtı çatanda dostlarını da, düşmənlərini də tanıyacaqlar. Orta məktəb dərsliklərində bu cür şeirlərin verilməsinin əleyhinəyəm. Uşaqlarımızın təmiz dünyasının çirklənməsinə qarşıyam. Bu cür ifadələrlə uşağı vətənpərvər ruhda böyütmək olmaz. Başqasına nifrət etdirməklə, vətəni sevdirməzlər”.

“Altun” nəşriyyat evinin direktoru, dərslik müəllifi olmuş Rafiq İsmayılov həmin misraların vətənpərvərlikdən çox aqressiyaya səbəb olduğunu düşünür: “Şair problemi bədiləşdirmək istəyib, lakin alınmayıb. Dərsliklərdə tez-tez kobud ifadələr, dialekt sözlər adı altında söyüşlərə rast gəlirik. Bu, doğru hal deyil. Bunun səbəbi dərslikləri müzakirəyə çıxarılmadan nəşr edilməsidir. Dərslik çap olunandan sonra geri qayıtmaq çətin olur”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...