Polisə zəng edərək avtomobilində bomba olduğunu dedi, məlum oldu ki...
Cəmiyyət | 09.01.2017 10:05
52

Polisə zəng edərək avtomobilində bomba olduğunu dedi, məlum oldu ki...

İzmirdə bir şəxs 155-ə zəng edərək, "İçində bomba və silahlı şəxslər" var deyərək öz avtomobilinin dövlət qeydiyyat nişanını verib.

Briifinq.az Milli.Az-a istinadən xəbər verir ki, polislər dərhal şəxsin dediyi yerə gəlsələr də, sözügedən avtomobildə onun dediyi heç bir şeyə rastlanmayıb.

Məlum olub ki, 23 yaşlı E.T. insanları həyəcanlandırmaq üçün bu addımı atıbmış.

Polis tərəfindən saxlanılan E.T. əvvəllər də 10 dəfə yalan məlumat verməkdə ittiham edilib.

Polis həmin şəxsi nəzarətdə saxlamaq şərti ilə sərbəst buraxıb.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?