Metroda gedişhaqqı qalxmayacaq - Açıqlama
Cəmiyyət | 09.01.2017 12:02
128

Metroda gedişhaqqı qalxmayacaq - Açıqlama

Sosial şəbəkələrdə Bakı Metropolitenində yaxın günlərdə qiymət artımının ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Brifinq.com xəbər verir ki, məlumatlara görə, bu günlərdə Tarif Şurası gediş haqqının 35 qəpiyə qaldırılması ilə bağlı qərar verəcək. Bu da hardasa 70 faizə yaxın artım deməkdir.

Qafqazinfo bununla bağlı Tarif Şurasına müraciət edib. Şuradan bildirilib ki, metroda gediş haqqının qaldırılması ilə bağlı onlara hər hansı müraciət daxil olmayıb. Ümumiyyətlə isə, hazırda qiymət artımı gündəmdə deyil”.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...