Trampın qızı Ağ Evdə işləməyəcək
Cəmiyyət | 10.01.2017 09:51
299

Trampın qızı Ağ Evdə işləməyəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka Tramp dövlət başçısının administrasiyasında işləməyəcək.

Brifinq.com "Report"a istinadən bildirir ki, bu haqda "CNBC" telekanalı bildirib.
Telekanalın məlumatına görə, İvanka Tramp öz sərmayələrini toplamaq, aktivlərini yenidən strukturlaşdırmaq və "Trump Organisation"dakı rəhbərlik postunu tərk etmək niyyətindədir. Telekanalın xəbərində bildirilir ki, o, uşaqlarının qayğısına qalacaq.
Qeyd edək ki, İvanka Trampın əri, Cared Kuşnerin inaqurasiyadan sonra Trampın böyük məsləhətçisi olacağı məlum olub. O, milyarderin seçkiqabağı şirkətində iştirak edib. Lakin Kuşner siyasi təcrübəyə malik deyil.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Loading...
Loading...
loading...
Bu haqda nə düşünürsən?