Xərçəng olan körpəni Türkiyəyə aparan azərbaycanlı ailənin faciəsi - VİDEO
Cəmiyyət | 10.01.2017 17:40
208

Xərçəng olan körpəni Türkiyəyə aparan azərbaycanlı ailənin faciəsi - VİDEO

Xərçəng xəstəsi olan övladlarının müalicəsi üçün Türkiyəyə gedən azərbaycanlı ailə çətin vəziyyətə düşüb. İstiPress-in "haberler.com"a istinadla verdiyi məlumata görə, Naxçıvanda yaşayan Səbuhi və Gültəkin Cəfərovların 2,5 yaşında oğlu Tahirə hələ 4 aylıq olarkən beyin xərçəngi diaqnozu qoyulub.

Naxçıvanda dərdlərinə çarə tapa bilməyən ailə Türkiyəyə üz tutub. Övladlarının sağlamalığı üçün ailə əllərində olan hər şeyi satıb. Tahirin müalicəsi iki ildir ki, Hacetəpə universitetində aparılıb. Ancaq ailənin maddi qaynaqları tükəndiyi üçün onlar çətin vəziyyətə düşüblər. müalicəni saxlamalı olan ailə Türkiyədə qaldıqları oteldən də çıxarılıblar. 

Ailənin köməyinə Altındağ bələdiyyəsi çatıb. Bələdiyyə pulsuz qalan azərbaycanlı ailəni qonaq evinə yerləşdirib. Qalmağa yer tapan ailə bu dəfə də müalicəni davam etdirməyə çətinlik çəkir.

Müalicə xərclərinə görə külli miqdarda borcu yaranan Səbuhi Cəfərovun sözlərinə görə, övladı 4 ayalıq olarkən qarnı şişməyə başlayıb. Apardıqları həkimdə isə qorxunc gerçəklə üzləşiblər. Naxçıvanda onkologiya xəstəxanası olmadığı üçün ilk olaraq Ərzuruma, oradan da Hacettəpə universitetinin tibb fakültəsinə gəliblər. "Biopsiya edildi, bir kurs kimyaterapiya aldı. Amma Azərbaycana qayıtdıqdan sonra vəziyyəti daha da pisləşdi".

Naxçıvanda 100 dollar əmək haqqı alan S.Cəfərov pulları bitdikdən sonra vətənə qayıdıb. Amma burada həkimlər ona uşağın kimyaterapiya ala bilməyəcəyini və yaşamayacağını deyiblər. "Əvvəl onun sağaldığını düşündük. Sonra üzündə şişlik ortaya çıxdı. Yenidən Ərzuruma getdik. O zaman kimyaterapiya ala bilsək sağalaacaqdı. Əməliyyat olmalıdır, şüa müalicəsi lazımdır. Ancaq indi pulumuz yoxdur, kəndə də geri dönə bilmirik. Hər kəsə borcumuz var, əlimizdə olan hər şeyi satmışıq". 

21 gündən bir Türkiyəyə gəlməli olan ailə başçısı maaşından da olub. Xəstəxanaya da borclu olduğunu deyən ailə üzvləri imkanlı şəxslərdən yardım istəyib, prezidentə, baş nazirə müraciət ediblər.

ƏN UCUZ AVTOMOBİL EHTİYYAT HİSSƏLƏRİ BURADA!


Bu haqda nə düşünürsən?
Loading...
Loading...
loading...