“Azəriqaz” rəsmisi təkzib etdi - “Mən elə söz deməmişəm”
Cəmiyyət | 11.01.2017 15:42
131

“Azəriqaz” rəsmisi təkzib etdi - “Mən elə söz deməmişəm”

Ötən gün “Azəriqaz” İB-nin istehlakçıların istifadə etdiyi qaza görə əvvəlki vaxtlarda yaranmış borcunun yeni tariflə hesablanacağı ilə bağlı verdiyi məlumat müzakirələrə səbəb olub.

Brifinq.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev aznews.az saytına bildirmişdi ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir: “Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi, köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar”.

Elə bundan sonra Tarif Şurası tərəfindən məsələyə aydınlıq gətirilib. Bildirilib ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir. Yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

“Qafqazinfo” hər iki qurumun bir-birinə zidd verdiyi açıqlamalarla bağlı yenidən “Azəriqaz” İB-nin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, ötən gün verdiyi açıqlama düzgün yazılmayıb: “Mən elə söz deməmişəm. Tarif Şurasının da qeyd etdiyi kimi əvvəlki vaxtlarda yaranmış borc yeni tariflərlə hesablanmayacaq”.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...