"Nardaran işi"ndə təqsirləndirilən şəxs özünə ömürlük cəza istəyib
Cəmiyyət | 11.01.2017 18:23
149

"Nardaran işi"ndə təqsirləndirilən şəxs özünə ömürlük cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Brifinq.com Trend-ə istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə çıxış edən vəkillər təqsirləndirilən şəxslərə bəraət istəyib.

Vəkillərin müdafiə çıxışından sonra prosesdə fasilə elan edilib.

Fasilədən sonra təqsirləndirilən şəxslər son söz deyib. Aqil İsmayılov hadisədə günahsız olduğunu bildirib. Abbas Hüseynov isə özünə ömürlük cəza istəyib: "Təqsirləndirilən şəxslərdən ən çox mən ittiham olunuram. Ona görə də mənə ən ağır cəza verilsin".

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...