"İrşad telekom" -dan telefon alan müştəri PEŞMAN OLDU - NARAZILIQ
Cəmiyyət | 20.07.2017 16:35
8970

"İrşad telekom" -dan telefon alan müştəri PEŞMAN OLDU - NARAZILIQ


Bakının Xətai rayon sakini Qasımov Kənan Mətləb oğlu Azadlıq prospektində yerləşən “İrşad Telecom” mağazasından 309 manata kreditlə Samsung markalı telefon aldı lakin almağına peşman oldu. 

Redaksiyamıza müraciət ünvanlayan şikayətçi Qasımov Kənan deyir ki, iyul ayının 7-də “İrşad Telekom”-dan 309 manata kreditlə telefon aldım, ilkin olaraq 155 manat ödəniş etdik, lakin bizə heç bir maliyyə sənədi verilmədi. Aldığım tarixdən 7 gün sonra, iyul ayının 12-də telefonum öz-özünə xarab olaraq, ekranı qaraldı. Elə həmin günü telefonu aldığım mağazaya üz tutdum. Telefonun ya dəyişdirilməsini ya da geri qaytarılmasını tələb etsəm də, məni servisə yönləndirdilər. İrşad servisdə isə telefonun sıxıldığını, bunun üçün də Samsung servisə getməli olduğumuzu bildirdilər. Heç bir rəsmi sənəd verilmədən məni Samsung servisə göndərsələr də, eyni qaydada Samsung servis də telefonun sıxıldığını və heç cür kömək edə bilməyəcəklərini bildirdilər. Kor-peşman yenidən "İrşad telecom"a gəlsək də, onlar bizə heç cür kömək edə bilməyəcəklərini, telefonu isə öz hesabımıza təmir etdirməli olduğumuzu bildirdilər. Halbuki telefonun bir illik zəmanət sənədi var əlimdə. Məsələ ilə bağlı dövlət qurumlarına və Azad İstehlakçılar Birliyinə rəsmi məlumat vermişəm. Xahiş edirəm, məsələnin ictimailəşdirilməsi üçün istehlakçıların hüquqlarının tapdanılmaması üçün bizə kömək edəsiniz. 

Məsələ ilə bağlı BiG.AZ-a danışan “İrşad Telecom”-un hüquqşünası hazırda şirkət tərəfindən qızıl zəmanətlərin verilmədiyini, yalnız və yalnız müştərilərə adi zəmanət verildiyini açıqlayıb: 

“Hazırda bizdə qızıl zəmanətlər verilmir. Yalnız adi zəmanətlər verilir. Adi zəmanətə isə yalnız zavod deffekti daxildir. Əgər vətəndaş iddia edirsə ki, bu zavodun buraxdığı bir deffektir, o zaman servisə müraciət etsin. Servis bunu araşdırıb bunun müştərinin günahı olub-olmadığını aşkarlamalıdır. Bizim servis isə bunun müştərinin ehtiyatsızlığı ucbatından baş verdiyini, telefonun sıxlığına məruz qalaraq ekranının sıradan çıxdığını bildirib. Ona görə də telefonun təmiri vətəndaşın öz üzərinə düşür”.

Hüquqşünas Zaur Əliyev isə şirkətin verdiyi zəmanətin yalnız zavod deffektinə şamil edildiyini qeyd edib: 
“Əgər alıcı telefonu ehtiyatsızlıqdan zədələyərsə, artıq bu, zəmanətə daxil edilmir. Əgər İrşad servisdə telefonun sıxıldığı bildiribsə, bu o deməkdir ki, bu müştərinin öz ehtiyatsızlığı ucbatından baş verib. Ona görə də telefonun probleminin həlli zəmanət sənədinə daxil edilmir. Zəmanətlər də iki cür olur. Qızıl zəmanət və adi zəmanət. Qızıl zəmanətin verilməsi üçün əlavə ödəniş edilməlidir. Qızıl zəmanətin özəlliyi ondan ibarətdir ki, əgər müştərinin ehtiyyatsızlığı ucbatından telefon xarab olarsa, bəli, bu zaman şirkət telefonun təmirini öz üzərinə götürür. Zəmanət onun təmirini qarşılayır. Yox əgər adi zəmanətdirsə, buna yalnız zavod deffekti aid edilir. Müştəridə isə adi zəmanət olduğu üçün telefonun təmir edilməsi xərcləri müştəri tərəfindən ödənilməlidir. Hər bir halda müştəri iddialıdırsa ki, sıxılma və digər kənar müdaxilələr olmayıbsa o zaman məhkəməyə müraciət edib haqqını tələb edə bilər. Bu halda onun telefonu ekspertizaya veriləcək, ekspertiza dəqiqliyinə qədər araşdıracaq və telefonun zavod deffektli olub olmasını aydınlaşdıracaq o zaman şirkət buna görə məsuliyyət daşıyacaq. Yox əgər bu zavod deffekti olmasa və bu müştərinin özü tərəfindən zədəyə məruz qalıbsa o zaman yenə müştəri öz büdcəsi hesabına telefonunu təmir etdirməli olacaq”. 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...