Bakıda qeyri-adi küçə - VİDEO
Cəmiyyət | 24.07.2017 22:13
499

Bakıda qeyri-adi küçə - VİDEO

Bura NZS qəsəbəsinin Mingəçevir küçəsidir. Küçədə hər addımbaşı çöpçü elanlarını görmək mümkündür.

Brifinq.com bildirir ki, küçədə təxminən 10-a qədər çöpçülüklə məşğul olan insan yaşayır. Fikirləşdik ki, onlar ya qohumdur, ya da necəsə birləşib eyni küçədə yaşamaq qərarına gəliblər. Maraqlanmaq üçün qapılarını döydük, amma qapını bağlayıb qaçan da oldu...

Qapını açıb danışmaq istəməyən də...

Bir çöpçünün qapısından çıxan müştəri ilə də rastlaşdıq, razı qalana oxşayırdı.
Həmin çöpçü bizimlə danışar deyib, qapısını döysək də, oğlu bizə yalan danışaraq evdə heç kimin olmadığını dedi.

Çöpçülərin çəkilişdən qaçması şübhə yaratmaya bilməz. Elə yeganə müsahibəyə razılıq verən çöpçü Təhminə xala da deyir ki, burdakı çöpçülər işlərindən daha çox bir-birlərinə paxıllıq etməklə məşğuldur.

Təhminə xaladan soruşuruq ki, bəs niyə bu küçədə çöpçülər bu qədər çoxdur?

1 saata yaxın çöpçülərin məhəlləsində olduq. Amma kimsə çıxıb izah edə bilmədi ki, Allah vergisi dedikləri məşğuliyyətlə, bir-birinin paxıllığını çəkmək necə üst-üstə düşə bilir. Şübhəylə gəldiyimiz məhəllədən, elə şübhəylə də ayrıldıq.

(xezerxeber.az)

SİZİN REKLAMINIZ BURADA! [email protected]inq.az


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...