Bu avtobusun hərəkət istiqaməti dəyişdi - VİDEO
Cəmiyyət | 25.07.2017 12:44
614

Bu avtobusun hərəkət istiqaməti dəyişdi - VİDEO

24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov və Sülh küçələrinin kəsişməsində yerləşən son dayanacaq məntəqəsi dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, dəyişiklik edilməsi ilə bağlı qərar Sakit Qocayev, Ruhulla Axundov, Mahir Əmirov küçələrinin sakinlərinin Agentliyə ünvanladığı çox saylı müraciətləri əsasında qəbul edilib. Dəyişikliyə əsasən, 24 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Sakit Qocayev, Ruhulla Axundov küçələrindən keçməklə Mahir Əmirov küçəsinədək və əks istiqamətdə hərəkət edəcəklər.
Məlumat üçün onu da qeyd edək ki, ilkin mərhələdə 24 nömrəli marşrut xətti üzə avtobuslar 10 günlük sınaq rejimində yenilənmiş sxem üzə hərəkət edəcəklər.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...