"Məlumatlı ol ki, İnsan alveri qurbanı olmayasan" - FOTOLAR
Cəmiyyət | 16.09.2017 23:34
298

"Məlumatlı ol ki, İnsan alveri qurbanı olmayasan" - FOTOLAR

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dəstək  Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məlumatlı ol ki, İnsan alveri qurbanı olmayasan” layihəsinin icra planına uyğun olaraq  Xızı rayonunda risk altında olan sahələrdə çalışan insanlar, təşkilat və müəssisə rəhbərləri arasında insan alveri ilə bağlı növbəti maarifləndirmə kampaniyasını həyata keçirib.

Brifinq.com xəbər verir ki, tədbirdə ekspert Gülayə Səfərova  iştirakçılara cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanların bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, onların qaynar xətt xidmətləri barədə məlumat verdi və  bu sahədə təşkilat tərəfindən hazırlanmış Yaddaş kitabçası iştirakçılara təqdim olundu.

Tədbirdə  rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, təhsil  şöbəsinin işçiləri,   inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar  və ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər iştirak edirdi.                                                                                                                                                                                                                                                             

Mövzu ilə bağlı tədbir iştirakçılarından rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov,  Xızı RPŞ –nin əməkdaşı Ziya Əliyev öz dəyərli fikirlərini bölüşüb təkliflərini verdilər.

1
1

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...