Həkimlərimiz bu körpəni həyata qaytardı - FOTOLAR
Cəmiyyət | 28.09.2017 13:34
95

Həkimlərimiz bu körpəni həyata qaytardı - FOTOLAR

Mərkəzi Neftçilər Xəstəxanasının Ürək damar mərkəzində Azərbaycanda nadir hallarda edilən əməliyyat uğurla həyata keçirilib.

Brifinq.com xəbər verir ki, anadangəlmə ürək qüsurları içərisində ən kəskin ağırlardan biri də böyük arteriyaların transpozisiyası qüsurudur. Bu qüsurun bir müsbət cəhəti odur ki, yenidoğulmuş dövrdə aşkarlanıb əməliyyat olunarsa, tam sağalma faizi çox yüksəkdi. Lakin dünayaya yenicə qədəm qoymuş çəkisi 3-4 kq olan körpədə bələ ağır əməliyyat heç də hər zaman uğurlu nəticələnmir, ölüm riski çox yüksəkdi.

Xəstəxanamıza müraciət etmiş bu körpənin valideynləri diaqnozun qoyulmasına qədər digər yerlərdə müayinə olunsalar da, heç bir nəticə əldə etməyiblər. Bu körpə Dr. Nəsimi Cabbarov tərəfindən müayinə olunmuş və diaqnoz qoyulub. Körpə reanimasiya şöbəsinə yerləşdirildi. 2 gün hazırlıqdan sonra kardiocərrah Op. Dr. Seymur Musayev, Op.Dr. Kənan Əsədov və Op.Dr. Fərid Hüseynov tərəfindən çətin və riskli Jaten əməliyyatı icra olunub.

Həkimlərin yüksək professionalığı və əməyi nəticəsində körpə öz yaşıdları kimi sağlam həyatına davam edəcək.

1
1
1
1

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...