Rəşad Dağlının həmkarını bıçaqladığı toyun görüntüləri... - VİDEO
Cəmiyyət | 05.10.2017 11:05
2659

Rəşad Dağlının həmkarını bıçaqladığı toyun görüntüləri... - VİDEO

Bir neçə gün öncə məşhur meyxanaçı Rəşad Dağlının, Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqlaması haqqında mətbuatda məlumat yayılmışdı.

Bildirilirdi ki, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışmağa qərar veriblər. Tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlamasıyla nəticələnib. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı da bildirilirdi.

Metbuat.az-ın məlumatına görə, sosial şəbəkədə yayılan görüntüdə iddia olunur ki, Rəşad Dağlı həmkarını məhz bu toyda bıçaqlayıb. Videodan görünür ki, Rəşad Dağlı əsəbi halda meyxana deyir. Rüfət Nasosnu isə onunla deyişmir.

Qeyd edək ki, sözügedən toy mərasimi bir neçə gün öncə baş tutub.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...