Niderlandlı jurnalistlər Azərbaycana gələcəklər
Cəmiyyət | 26.10.2017 15:55
394

Niderlandlı jurnalistlər Azərbaycana gələcəklər

Niderlandın Zeyland (Zeeland) bölgəsində Azərbaycana maraq artmaqdadır.

Diaspor fəalı Elnur Eltürk xəbər verir ki, bu barədə məlumatı Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, soydaşımız Vüqar Abbasov özünün fb səhifəsində yazıb.

Daha sonra o, SD Radiosunun jurnalisti GeertJan de Bruijnenin Azərbaycana getmək və ordan videozeelnad (www.videozeeland.nu) və SD radio üçün veriliş hazırlamaq təşəbbüsü ilə çıxış etdiyini qeyd edib.

“GeertJan bu təşəbbüslə fb – da “Bakoe” (Bakı) adlı bir danışıq qrupu yaradıb və mənimlə vidozeelandın (www.videozeeland.nu) rəhbəri xanım Janine Versteegi qrupa daxil etdi. Görüşməyə qərar verdik. Görüş olduqca maraqlı və işgüzar şəraitdə keçdi. GeertJan və Janine Azərbaycanla bağlı çoxlu suallar verdilər, turistlər üçün maraqlı ola biləcək yerlər barədə soruşdular. Mən isə onlara Bakıda, İçəri Şəhərdən, Bakı bulvarından, Şəkidən, Xan Sarayından, milli mətbəximizdən və.s. söhbət açdım. Bütün bunlar onların hədsiz marağına səbəb oldu. Biz bərabər sponsorlar axtarmağa və planımızı həyata keçirtməyə qərar verdik. Onu da qeyd edim ki, GeertJan Azərbbaycana olan marağından Azərbaycanla bağlı məlumat kitabı almış və özü ilə görüşə gətirmişdi. Əlbəttə ki, bu da mənə xoş oldu. Ümid edirəm ki, tezliklə sponsor tapa və planımızı həyata keçirdə biləcəyik. Yuxarıda adını çəkdiyim şəxslər də bizim görüş və məqsədlərimiz barədə fb səhifələrində paylaşım ediblər. Bu əlbətdə ki, ilk addımdır və bu istiqamətdə işlərimiz davam edəcək. Bir şeyi xüsusi qeyd edim ki, biz, təşkilat olaraq çalışırıq ki, iki ölkənin iş adamları arasında əlaqələr yaradaq və təbii ki, burda bizim biznes maraqlarımız da var. Əldə edəcəyimiz vəsaiti isə işlərimizin daha böyüdülməsinə sərf etməyi və heç bir yerdən maddi yardım almağı düşünmürük. Ona görə ki, maddi imkanlarımız imkan verərsə ölkəmiz adına daha çox faydalı işlər görə biləcəyimizə inanırıq.” – bunları isə soydaşımız Vüqar Abbasov bizimlə söhbətində bildirib.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...