"Elə şagird var ki, heç rayon mərkəzində olmayıb" - Ucqar kənddə işləyən gənc müəllim
Cəmiyyət | 16.11.2017 11:55
621

"Elə şagird var ki, heç rayon mərkəzində olmayıb" - Ucqar kənddə işləyən gənc müəllim

Bəzi gənclərimiz müəllim kimi peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Ucqar kənd məktəblərində dərs deyən müəllimlər çətin şəraitə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Qubanın ucqar kəndi Zeyiddə coğrafiya müəllimi işləyən Araz Balaoğlanov kimi.

"Mən Suraxanı rayonu Əmircan qəsəbəsindənəm. Ucqar kənddə işləməyin çətinliyi məktəbin vəziyyətidir. Burdakı şagirdlərin daha çox qayğıya ehtiyacı var. Çünki burda onlar dağdan, dərədən başqa heç nə görmür. Hətta eləsi var ki, nəinki Bakıda, rayon mərkəzində belə olmayıb. Onların dünyagörüşünün, savadının artırılması biz müəllimlərin öhdəsinə düşür. Bunu mən özümə borc bilirəm. Deməzdim pis müəllim var, sadəcə, şagirdlə ünsiyyətdən, söhbətdən qaçan müəllim var. Yaxşı müəllim olmaq təkcə öyrətməklə olmur, gərək şagirdlə həmsöhbət olasan, onun marağını, məqsədini öyrənəsən. Şagirddə özünəinam yaratmaq lazımdır, psixoloji söhbətlər də aparmaq yaxşı olardı. Uşaqlara münasibətim əladır. Hətta onlar deyir ki, "müəllim bizim coğrafiyaya marağımız yox idi, siz dərs deyəndən sonra həvəslə öyrənib, qulaq asırıq. Biz məktəbi bitirənə kimi bizimlə olun"".

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...