Milli ailə dəyərlərinin təbliği
Cəmiyyət | 25.06.2018 13:29
2628

Milli ailə dəyərlərinin təbliği

Tükrdilli Dövlətlərlə Dostluq və Mədəni Əalqələr Cəmiyyəti İctimai Birliyi 23 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Milli ailə dəyərlərinin təbliğində psixoloji və əxlaqi maarifləndirmənin rolu” layihəsi çərçivəsində sonuncu tədbirini Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında həyata keçirib. 
 
Tədbiri açıq elan edən layihə rəhbəri Eldəniz Salmanov layihə iştirakçılarının nəzərinə çatdırdı ki, bu layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. O, belə layihələrin həyata keçirilməsində göstərdiyi dəstəyə görə öz Şuraya öz təşəkkürünü bildirdi. Sonra layihə çərçivəsində hazırlanmış "Milli və əxlaqi dəyərlərimizin nüvəsi Ailə” kitabı və "Milli ailə dəyərlərimiz və müasirləşən gənclik” bukletləri layihə iştirakçılarına paylanıldı. Layihə rəhbəri layihənin məqsədi və layihə iştirakçılarına faydası haqqında məlumat verərək bildirdi ki, Azərbaycanda son zamanlar gənc ailələrin boşanmasının sayının sürətlə artması belə layihələrin həyata keçirilməsini zəruri etmişdir. Eldəniz Salmanov qloballaşmanın milli-mənəvi dəyərlərimizə vurduğu zərərlər və ailə dəyərlərimizin getdikcə assimilyasiyaya uğraması haqqında geniş məlumat verdikdən sonra sözü mühazirəçilərə verdi. İlk mühazirəçi tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanv oldu. Abbas Qiurbanov milli ailə dəyərlərimizin tarixi kökləri və xalqımız tərəfindən illərlə qorunub nəsildən nəsilə ötürülən dəyərlərimiz haqqında tələbələrə geniş məlumat verdi. O, QHT-lərə Dövlət Dəstəyi Şurasına belə layihələri həyata keçirdiyinə görə öz təşəkkürünü bildirdi. Sonra söz ikinci mühazirəçi Müşfiq Nəcəfova verildi. Müşfiq Nəcəfov da tədbir iştirakçılarını salamladı və bildirdi ki, dəyərlər hər bir xalqın mənəvi sərvətidir. Əgər bir xalq öz sərvətinə sahib çıxmazsa, həmin xalqın aqibəti məhvə məhkumdur. Natiq öz çıxışında Azərbaycan qadını və ailə dəyərlərimiz, dini adət-ənənələrimiz haqqında geniş və dolğun nitq söylədi. 
 
Tədbirin sonunda layihə iştirakçıları mühazirəçilərə və layihə rəhbərinə öz təşəkkürlərini bildirdilər.

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...