Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü
Cəmiyyət | 11.08.2018 11:43
6051

Elçin Quliyev at çapan Gülayla görüşdü - Atasını işə götürdü

Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev at çapma bacarığı ilə sosial şəbəkələrdə böyük marağa səbəb olan Gülay və onun atası ilə görüşüb. 

9 yaşlı Gülayın at belindəki məharətlərini əks etdirən görüntülər Atçılıq Federa­siyası tərəfindən maraqla qarşılanıb. Gülay və atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşan Fərzəliyev Vüsal Qəzənfər oğlu Federasiya Prezidenti ilə görüşə dəvət olunub.

Səmimi ke­çən görüşdə Gülay at sürməyə 4 yaşından başlamasını, atçılıq idma­nına böyük maraq göstərməsini, gələcəkdə atçılıq idmanı ilə peşəkarcasına məşğul olmağın ən böyük arzusu olmasını bildirib. 

General-polkovnik Elçin Quliyev Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib. 

 

SİZİN REKLAMINIZ BURADA! [email protected]


Paylaş
Facebook səhifəmizi bəyənin
Bu haqda nə düşünürsən?
Загрузка...
Loading...
loading...